Səyyar “ASAN xidmət” İsmayıllıda
İsmayıllı, 5 noyabr, AZƏRTAC
Səyyar “ASAN xidmət” hazırda İsmayıllıda fəaliyyət göstərir. Sakinlər noyabrın 26-dək Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunan xidmətlərdən yararlana bilərlər.
Qəbələ Regional “ASAN xidmət” mərkəzinin səyyar xidmətin təşkili sektorunun müdiri Seymur Abbasov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, göstərilən xidmətlərə sürücülük vəsiqəsinin dəyişdirilməsi, ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, doğumun qeydə alınması, təkrar qeydiyyat, notariat xidmətləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və digərləri aiddir.
Müraciət edən vətəndaşlara, habelə funksional yardım xidmətləri göstərilir. Bu xidmətlərə qan qrupu, boy ölçülməsi, gözün rəngi barədə tibbi arayışların verilməsi də daxildir.
Qeyd edək ki, oktyabrın 28-dən rayonda fəaliyyət göstərən səyyar “ASAN xidmət” bu günədək 4500 sakinə xidmət göstərib.