Si Cinpin: Bəşəriyyətin gələcəyi Çin-ABŞ münasibətlərindən asılıdır
Bakı, 16 oktyabr, AZƏRTAC
Çin-ABŞ münasibətləri dünyada ən mühüm əlaqələrdən biridir, iki xalqın rifahı və bütün bəşəriyyətin gələcəyi ondan asılıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Çin-ABŞ Münasibətləri üzrə Milli Komitənin ənənəvi görüşü iştirakçılarına müraciətində ifadə edib.
“Pekin hər zaman iki ölkə arasında münasibətləri qarşılıqlı hörmət, dinc yaşayış və faydalı əməkdaşlıq prinsiplərinə uyğun qurub”, - deyə müraciətdə bildirilir. Qeyd olunub ki, Pekin hər iki ölkənin iqtisadi uğurlarını faydalı hesab edir və bu istiqamətdə bir-birinə kömək etməli olduğunu düşünür.
“Çin ABŞ-ın tərəfdaşı və dostu olmağa hazırdır və bu, təkcə iki ölkəyə deyil, bütün dünyaya fayda verəcək”, - deyə ÇXR lideri vurğulayıb.
Qeyd edək ki, Çin-ABŞ Münasibətləri üzrə Milli Komitə 1966-cı ildə Birləşmiş Ştatlarda iki ölkə arasında münasibətlərin inkişafında maraqlı olan bir qrup alim, siyasətçi və iş adamı tərəfindən yaradılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]