Şikayət ərizəsi əsasında meşə gözətçisi tutduğu vəzifədən azad olunmuşdur
Bakı, 23 aprel (AZƏRTAC). Lerik rayonunun Çayrud kəndi yaxınlığındakı meşə sahəsində ağacların qanunsuz qırılması ilə bağlı şikayət məktubu əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yerində araşdırma aparmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, şikayət məktubu Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına Bakının Sabunçu rayonu Yeni Ramana qəsəbəsinin sakini Teyyub Məlikov tərəfindən göndərilmişdir. Məktub aidiyyəti üzrə ETSN-ə daxil olduqdan dərhal sonra nazirliyin əməkdaşları Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Vivəzəmin meşəbəyliyinin 15 nömrəli meşə dolayında yoxlama aparmışlar.
Yoxlama zamanı həmin ərazidə 217,10 manat köküstə nırx dəyərində 50,55 kubmetr həcmində 18 ədəd müxtəlif cins və diametrdə olan ağacın qanunsuz kəsilməsi faktı aşkar edilmişdir.
Faktla bağlı nazirliyin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilmiş, meşə gözətçisi Ə.Almasov tutduğu vəzifədən azad olunmuş, meşə fonduna dəymiş ziyan təqsirkar tərəfindən ödənilmişdir. Eyni zamanda, əraziyə cavabdeh olan digər meşə mühafizə xidməti işçilərinin barəsində də intizam tənbehi tədbirləri görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:42]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [22:23]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [22:05]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:45]
Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub
- 02.10.2026 [21:40]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [21:38]