Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Silk Way West Airlines” yeni “Boeing 777-8F” yük təyyarələrinə sərmayə qoyur

“Silk Way West Airlines” yeni “Boeing 777-8F” yük təyyarələrinə sərmayə qoyur

Bakı, 10 noyabr, AZƏRTAC

“Silk Way West Airlines” gələcəkdə yükdaşıma qabiliyyətini artırmaq üçün müqavilə imzalayaraq yüksək artım tempini azaltmaq niyyətində olmadığını nümayiş etdirir.

Aviaşirkətdən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın yükdaşıyıcısı “Boeing” şirkəti ilə iki “777-8F” yük təyyarəsinin alınması üçün müqavilə imzalayıb və onların tədarükü 2029-2030-cu illərdə planlaşdırılır. Razılaşmaya əsasən, gələcəkdə eyni modeldən daha iki təyyarənin alınması nəzərdə tutulub.

“Silk Way West Airlines” bütün Mərkəzi Asiya regionu üzrə ən yeni, ən güclü və qənaətcil ikimühərrikli yük təyyarəsini sifariş edən ilk şirkətdir. Təyyarə 9200 kilometrdən çox uçuş məsafəsi ilə 118 tondan çox yük daşıya bilir. Qabaqcıl texnologiya, yeni GE9X mühərrikləri və kompozit qanad dizaynı ilə “Boeing 777-8F” 30 faiz daha çox yanacaq səmərəliliyi və emissiya səviyyəsi, həmçinin ton başına 25 faiz aşağı əməliyyat xərcləri təklif edir. Nəticədə yeni təyyarələr aviaşirkətin davamlılıq məqsədlərinə mühüm töhfə verəcək.

Bu sərmayə dünyanın 40 istiqamətinə xidmət göstərən “Silk Way West Airlines”ə beynəlxalq şəbəkəsini daha da genişləndirməyə və yük daşımalarına artan tələbatı ödəməyə imkan verməklə yanaşı, həm də Bakını əsas beynəlxalq yükdaşıma mərkəzi kimi gücləndirəcək. Azərbaycanın paytaxtı Avropa və Qərbi Yarımkürəni Xəzər regionu vasitəsilə Asiya ilə birləşdirən Orta Dəhliz üçün getdikcə daha önəmli rol oynayır.

Hələ 2021-ci ilin aprelində yük aviaşirkəti beş “Boeing 777F” təyyarəsinin alınmasında dair müqavilə imzalayaraq donanmanın genişləndirilməsi üçün istiqamət təyin edib. İndi yeni “777-8F” təyyarələri “Silk Way West Airlines”in donanma inkişaf planlarını tamamlayır, zəruri əməliyyat proseslərini təmin edir, onun uzunmüddətli davamlı inkişaf strategiyasını gücləndirir və Azərbaycan aviadaşıyıcısına müştəri xidmətlərini davamlı olaraq təkmilləşdirməyə imkan verir.

“Silk Way Group”un prezidenti Zaur Axundov deyib: “Biz çoxdankı tərəfdaşımız “Boeing” şirkəti ilə bu sifarişi elan etməkdən və ən yeni yük təyyarələrinin dünyada ilk müştərilərindən biri olmaqdan məmnunuq. Bu il “Silk Way West Airlines” 10-illik yubileyini qeyd edir və bu müddət ərzində biz yalnız “Boeing” təyyarələrindən ibarət donanmanı istismar etmişik. Bugünkü müqavilə bizim bazarda lider olan “Boeing” yük təyyarələrinə davamlı investisiyamızı əks etdirir. Donanmanın yenilənməsi planları əməliyyat xərclərimizi azaltmağa və yanacaq səmərəliliyini artırmağa, eləcə də regionumuzda hava daşımaları xidmətlərini daha davamlı etməyə kömək edəcək”.

“Boeing Commercial Airplanes”in prezidenti və baş icraçı direktoru Sten Deal: “Yükdaşımalarına olan davamlı tələbat elektron ticarətin genişlənməsi və hava nəqliyyatının sürəti və etibarlılığı ilə bağlıdır və “Boeing” 2041-ci ilə qədər qlobal hava yük donanmasının 60 faiz artacağını gözləyir. Biz fəxr edirik ki, “Boeing”in məhsulları, o cümlədən “777-8F” üçün bu sifariş “Silk Way West Airlines”in genişlənmə planlarını həyata keçirməkdə davam edir və Bakını qlobal yükdaşıma mərkəzinə çevirmək ambisiyasını həyata keçirməyə kömək edir”.

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş “Silk Way West Airlines” 12 müasir “Boeing 747-8F” və “747-400F” yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən “Silk Way West Airlines” 2021-ci il aprelin 28-də “Boeing” aviakonserni ilə beş ən müasir “777F” yük təyyarəsinin alışı barədə strateji razılaşma imzalayıb. Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli aviadaşıyıcının illik yükdaşıma dövriyyəsi 500 min tondan artıqdır. Genişlənməkdə olan şəbəkəsi ilə aviaşirkət Avropa, MDB ölkələri, Orta Şərq, Mərkəzi və Şərqi Asiya da daxil olmaqla 40-dan artıq istiqaməti əhatə edir. “Silk Way West Airlines” şirkəti Cənubi Koreyanın İnçxon hava limanı tərəfindən nüfuzlu “2020-ci ilin yükdaşıma aviaşirkəti” adına layiq görülüb.

Dünyanın aparıcı aerokosmik şirkəti olaraq “Boeing” 150-dən çox ölkədə müştərilər üçün mülki təyyarələr, kosmik gəmilər və müdafiə sistemləri üçün məhsullar istehsal edir və onların istismarı üçün xidmət göstərir. ABŞ-da ən böyük ixracatçı kimi şirkət iqtisadi əməkdaşlığı, davamlılığı və yerli icmalara dəstəyi gücləndirmək üçün beynəlxalq təchizatçılar şəbəkəsinin gücündən istifadə edir. “Boeing” əməkdaşları innovasiyalara və şirkətin təhlükəsizlik, keyfiyyət və biznes şəffaflığı dəyərlərinə sadiqdirlər. Əlavə məlumat üçün “www.boeing.com” saytına daxil olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib