“ŞİMAL” ELEKTRİK STANSİYASINDA İKİNCİ BUXAR-QAZ QURĞUSUNUN TİKİNTİ LAYİHƏSİ ÜZRƏ MƏSLƏHƏTÇİ TƏYİN OLUNMUŞDUR
Məsləhətçilər şirkət, həm də, tender təkliflərini qiymətləndirib yekun vurmağı və baş podratçı ilə müqavilə danışıqları aparmağı öhdəsinə götürmüşlər.
TEPSCO-Enprimanın ekspertləri buxar-qaz qurğusu tam təhvil verilənə, hətta baş podratçının müəyyənləşdirdiyi zəmanət müddəti bitənə qədər məsləhətçilik fəaliyyətlərini davam etdirəcəklər.
Əcnəbi tərəfdaşlar bir sıra formal proseduraları aradan qaldırmaqla, tikintidən əvvəlki hazırlıq mərhələsini 16 aydan 6 ayadək qısaltmaq niyyətindədirlər. Belə olsa, inşaat işləri, kredit verən bankın müəyyənləşdirdiyi kimi, 2009-cu ilin payızında deyil, bir il əvvəl-2008-ci ilin payız-qış mövsümü ərəfəsində başa çatdırıla bilər.
Birinci BQQ-nin tikintisində olduğu kimi, bu dəfə də kredit Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) tərəfindən ayrılacaqdır.
“Şimal” Elektrik Stansiyası Bakı və Abşeron yarımadasının enerji təminatında mühüm rol oynayır. Onun istehsal gücünün artırılması isə bu regionun sosial-iqtisadi inkişafına səbəb olacaqdır.