Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisinə başlanmışdır
Oğuz, 20 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Prezidentinin “Oğuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 19 avqust 2013-cü il tarixli Sərəncamına uyğun olaraq Oğuz rayonunda Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisinə başlanmışdır.
On bir min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 22 kilometr olan avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Oğuz Rayon İcra Hakimiyyətinə ilkin olaraq iki milyon manat vəsait ayrılmışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda yolun Filfili kəndindən başlayaraq Xaçmaz kəndi istiqamətində 4 kilometrlik hissəsində torpaq yatağının salınması işləri görülür, yola qum-çınqıl döşənir. Avtomobil yolunun 2014-cü ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]