Şinzo Abe və Vladimir Putin Vladivostokda görüşüblər
Tokio, 5 sentyabr, AZƏRTAC
Avqustun 5-də Yaponiyanın Baş Naziri Şinzo Abe və Rusiya Prezidenti Vladimir Putin Vladivostokda görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər, sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqların gedişi və digər məsələlər müzakirə olunub. Liderlərin iki ölkə arasında mübahisə mövzusu olan adalarda iqtisadi fəaliyyət barədə fikir mübadiləsi apardığı da bildirilir.
Görüş zamanı V.Putin bildirib ki, iki ölkə arasında əlaqələrin sabit və dinamik inkişafı onu sevindirir. Rusiya Prezidenti əlavə edib ki, o, yalnız cari məsələləri deyil, həm də gələcəkdə atılacaq addımları müzakirə etmək niyyətindədir.
Ş.Abe, öz növbəsində, qeyd edib ki, iki lider arasında iyun sammitində əldə edilən razılaşmanın tez vaxtda həyata keçirilməsi faktını yüksək qiymətləndirir. Baş Nazir həmin məsələlər sırasında adaların keçmiş sakinlərinin öz əcdadlarının məzarlarını ziyarət etmək üçün hava nəqliyyatı vasitəsilə oraya səfərini uğurlu misal kimi qeyd edib.
Hər iki lider Vladivostokda təşkil edilən Şərq İqtisadi Forumunda nitq söyləyəcək. Ş.Abenin bu imkandan istifadə edərək V.Putinə sülh müqaviləsini tezliklə imzalamaq üçün çağırış edəcəyi də bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]