Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şirin Nexamiya Mixaeli: Ürəyimiz Azərbaycanla – doğma Vətənimizlə bir döyünür

Bakı, 12 iyul, AZƏRTAC

Bu sözləri Azərbaycan Dağ Yəhudilərinin Əlaqələndirmə Mərkəzinin başçısı, Akko şəhərində Azərbaycan dağ yəhudiləri icmasının rəhbəri Şirin Nexamiya Mixaeli Yaponiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Ginqa Kobayaşi ilə görüşdə səsləndirib.

AZƏRTAC xəbər verir ki, görüş Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və həmin mərkəzin İsrail Dövlətindəki nümayəndəliyinin direktoru, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qutun təşəbbüsü ilə iyulun 11-də İsrailin Akko şəhərində, Azərbaycan Dağ Yəhudilərinin Əlaqələndirmə Mərkəzində keçirilib.

Şirin Nexamiya Mixaeli yaponiyalı diplomatı mehribanlıqla qarşılayaraq, mərkəzin fəaliyyətindən, onun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əməkdaşlığının və tərəfdaşlığının perspektivlərindən danışıb.

Ş.N.Mixaeli deyib: “Bu mərkəz Rusiya Yəhudi Konqresinin vitse-prezidenti, Dağ Yəhudilərinin “STMEQİ” Beynəlxalq Xeyriyyə Fondunun prezidenti German Zaxaryayevin və İsrailin Akko şəhərinin meri Şimon Lankri ilə səmərəli və sıx əməkdaşlığı nəticəsində ərsəyə gəlib. İsrail Dövlətində ən çoxsaylı Azərbaycan icmasının məhz mənim şəhərimdə - Akkoda yaşaması faktına görə böyük qürur hissi keçirirəm. Bir il əvvəl Akkonun meri ilə birlikdə gözəl bir ölkədə - Azərbaycanda olduq. Merimiz sadəcə bu ölkəyə, mehriban və səmimi Azərbaycan xalqına vuruldu. Azərbaycanda əmin oldum ki, burada heç vaxt antisemitizm olmayıb və yəhudilər heç vaxt özlərini əcnəbi kimi hiss etməyiblər. Əslən Azərbaycandan olan yəhudilər harada yaşayırlarsa-yaşasınlar, həmişə öz Vətəni Azərbaycanla fəxr ediblər, Azərbaycan dilini unutmurlar və ümumi ənənələri və dəyərləri qoruyub saxlayırlar. Lap qədim zamanlardan Azərbaycan torpağında islam və yəhudilik, atəşpərəstlik və xristianlıq mövcud olub. Bu torpaq bu gün də dünyaya inanılmaz tolerantlıq və dini dözümlülük səyləri nümayiş etdirir. Azərbaycanda multikulturalizm real həyat tərzidir”.

Yaponiya səfirliyinin birinci katibi G. Kobayaşi mehriban qonaqpərvərliyinə görə təşəkkür edərək bildirib ki, Akkoda, Azərbaycan evində özünü “Odlar Yurdu”nda olduğu kimi hiss edir.

Tolerantlığı və qonaqpərvərliyi ilə seçilən gözəl bir xalqın - Azərbaycan xalqının arasında anadan olmaq, böyümək və yaşamaq imkanı verdiyinə görə Tanrıya minnətdar olduğunu bildirən Ş.N.Mixaeli deyib: “Biz fəxr edirik ki, Azərbaycanda - bizim üçün Ana Vətənə çevrilən bu bərəkətli torpaqda anadan olmuşuq. Biz tam məsuliyyət hissi ilə bütün dünyaya, ən başlıcası erməni işğalçılarına bəyan edirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həm də bizim faciəmiz, bizim ağrı-acımızdır, çünki həqiqət Azərbaycanın tərəfindədir. İşğalçılara qarşı aparılan bu dəhşətli müharibədə yəhudilər və azərbaycanlılar yanaşı olublar: biz yanaşı yaşamışıq, bir yerdə sevinmişik, bir yerdə kədərlənmişik, çiyin-çiyinə döyüşmüşük. Biz - dağ yəhudiləri uzun illər böyük və müdrik Azərbaycan xalqının torpağında yaşadığımız üçün bilavasitə bilirik və başa düşürük ki, bu torpaqlar əzəli Azərbaycan əraziləridir və Dağlıq Qarabağ Azərbaycan xalqı üçün nə deməkdir. Dağlıq Qarabağ Azərbaycanın ürəyi, bu xalqın mədəniyyət beşiyidir.

Biz - əslən Azərbaycandan olan dağ yəhudiləri belə bir faktı qürur hissi ilə vurğulayırıq ki, daşnak işğalçılarına qarşı bu müharibədə müstəqil Azərbaycanın ilk milli qəhrəmanlarından biri qardaşımız Albert Aqarunov olub. O, Azərbaycan və yəhudi xalqlarının mərdliyinin rəmzinə çevrilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşənlər arasında Albert Aqarunov ilə yanaşı, çoxlu yəhudi olub, itkin düşənlər var. Onlardan biri Göyçaydan olan yaxın qohumum Vüqar Mikayılovdur. O, bu günə qədər erməni əsirliyindədir. Hazırda böyük Mikayılovlar ailəsi İsrailin müxtəlif şəhərlərinə səpələnib. Anası, böyük qardaşı və bacısı erməni əsirliyində 22 illik girovluqdan sonra Vüqarı tapacaqlarına böyük ümid bəsləyir və səbirsizliklə onun yolunu gözləyirlər.

Bu mürəkkəb vəziyyətdə mən Azərbaycan dağ yəhudiləri icmasının başçısı kimi qeyd etmək istəyirəm ki, əgər bizə - Azərbaycanın oğullarına ehtiyac yaransa, İsraildə könüllülər batalyonu toplayıb, işğal olunmuş əraziləri azad etməkdə Azərbaycan xalqına kömək etməyə hazırıq. Çox ümid bəsləyirəm ki, əzəli Azərbaycan əraziləri tezliklə azad ediləcək və azərbaycanlı qaçqınlar doğma yurd-yuvalarına qayıdacaqlar. Biz qələbəni Şuşada bayram edəcəyik və zəfər bayrağını bu şəhər üzərində dalğalandıracağıq”.

Yaponiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Ginqa Kobayaşi yəhudilərin Azərbaycan ilə mənəvi əlaqəsini yüksək qiymətləndirərək deyib: “Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin əsaslarından biridir. Azərbaycan bir çox dinlərin və xalqların nümayəndələrinin vətənidir Akkoda - Azərbaycan Dağ Yəhudilərinin Əlaqələndirmə Mərkəzində bir daha əmin oldum ki, yəhudi və Azərbaycan xalqlarını qardaşlıq, dostluq və tərəfdaşlıq telləri bağlayır”.

Multikulturalizmin və tolerantlığın həqiqətən Azərbaycan xalqının həyat tərzi olduğunu vurğulayan Ş.N.Mixaeli deyib: “Akko şəhərinin meri Şimon Lankri Azərbaycan adlı ölkəni məhz əslən Azərbaycandan olan yəhudilər və mənim şəxsi dostum, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının başçısı Arye Qutun sayəsində tanıdı. Biz həmişə İsraildə fəxrlə danışırıq ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb. Azərbaycana səfər edən, onun rəhbərliyinin yəhudilərə mehriban münasibətini əyani görən Şimon Lankri elə oradaca Dağ Yəhudilərinin “STMEQİ” Beynəlxalq Xeyriyyə Fondunun prezidenti German Zaxaryayevlə birlikdə qərara aldı ki, Akkoda Heydər Əliyev adına Azərbaycan Evinin inşasına ehtiyac var. Mən fəxr edirəm ki, Akko şəhərinin merini Azərbaycanın həqiqi dostluna çevirə bildik. İsrail Dövləti, Akko şəhərinin meriyası və Akkonun Azərbaycan dağ yəhudiləri icması bu gün Azərbaycan və Azərbaycan xalqı ilə bir yerdədir. Ürəyimiz Azərbaycanla - doğma Vətənimizlə bir döyünür”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr