CƏMİYYƏT
Şirvan şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Bakı, 7 noyabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədovun noyabrın 15-də keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, R.Məmmədov Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşları noyabrın 14-də qəbul edəcək.
Qəbul saat 11:00-da Şirvan şəhər Gənclər Evində (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi, 1B) keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan-Salyan regional bölgəsi üzrə şöbəsinə (Əlaqə vasitələri: (021) 215-21-30, (070) 220-00-20, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.