SİYASİ PARTİYALARIN MƏŞVƏRƏT MƏCLİSİ KEÇİRİLMİŞDİR
Dekabrın 26-da “Xalq mətbuat mərkəzində” Azad Respublikaçılar Partiyasının təşəbbüsü ilə siyasi partiyaların məşvərət məclisi keçirilmişdir.
“Milli Məclisə seçkilər Məcəlləsi” layihəsinin müzakirəsinə həsr olunmuş məşvərət məclisində bu qurumun icraçı sədri Məmməd Əlizadə gündəlikdəki məsələnin aktual olduğunu diqqətə çatdırdı. Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov çıxış edərək iqtidaryönümlü siyasi partiyaların məşvərət məclisi ilə birgə növbəti seçkilərdə iştirak etmək barədə qərar qəbul etdiklərini, prezident seçkilərinə hazırlıqla əlaqədar məşvərət məclisinin vahid seçki blokuna çevrilməsi ilə bağlı fəaliyyət proqramının hazırlandığını diqqətə çatdırdı.
Məşvərət məclisində Maarifçilik Partiyasının sədri Məmmədhənifə Musayev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Ana Vətən Partiyası sədrinin müavini Telman Haqverdiyev, Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev, Gənc İqtisadçılar Birliyinin sədri Azər Əmiraslanov və başqaları “Milli Məclisə seçkilər Məcəlləsinin layihəsi ilə bağlı fikir və mülahizələrini açıqladılar. Qeyd edildi ki, müxalifət partiyaları pozuculuq fəaliyyətlərini davam etdirməklə özlərini nəinki ölkəmizin daxilində, hətta beynəlxalq aləmdə nüfuzdan salırlar.
Siyasi partiyaların məşvərət məclisində vahid seçki blokunun yaradılması barədə qərar qəbul edildi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]