Azərbaycan Dövlət İnformasiya Agentliyi

Siyasi qurtuluşdan iqtisadi inkişafa

Siyasi qurtuluşdan iqtisadi inkişafa

Bakı, 13 iyun, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında, eləcə də cəmiyyətin hər bir sferasında yeni bir dönüş yarandı. Ulu Öndərin siyası uzaqgörənliyi nəticəsində ictimai-siyasi həyatda stabilliyin əldə edilməsi ilə yanaşı, ölkə iqtisadiyyatının bərpası istiqamətində fəaliyyətlər sürətləndi. İqtisadiyyatın inkişafı üçün yaxın dövrdə nəzərdə tutulan tədbirlərlə yanaşı, strateji proqramlar və layihələrin işlənin hazırlanmasına və reallaşmasına başlanıldı. Ümummilli Liderin siyasi rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının uzunmüddətli dövr üçün strateji hədəfləri müəyyənləşdirildi. Müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatında müşahidə edilən tənəzzül qısa zamanda aradan qaldırıldı və ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar qısa müddət ərzində hər bir vətəndaşın həyatında hiss olunmağa başladı. Həmin dövrdə həyata keçirilməyə başlanan islahatlar uzunmüddətli dövrdə Azərbaycan iqtisadiyyatında inkişaf trayektoriyalarını müəyyənləşdirdi. Ümummilli lider Heydər Əliyevin strateji baxışı iqtisadi tənəzzülün qısa zamanda aradan qaldırılmasına, liberal iqtisadi islahatlar yolu mülkiyyət münasibətlərinin yeni mərhələyə qədəm qoymasına, sənaye, kənd təsərrüfatı və eləcə də iqtisadiyyatın fərqli sektorlarında islahatların dərinləşməsinə səbəb oldu. Qeyri-neft sektorunun inkişaf etdirilməsi kontekstində neft sənayesinin bərpası, ölkəyə valyuta daxilolmalarının artırılması təmin edilməsi və bununla da sahibkarlığın daha yaxın dəstəklənməsi əsas hədəflərdən idi.

Liberal iqtisadiyyatın, sosial ədalət prinsiplərinin fonunda ölkənin iqtisadi müstəqilliyinin qorunması istiqamətində ardıcıl fəaliyyətlər həyata keçirilməyə başlandı. MDB məkanında ilk dəfə olaraq torpaq islahatı, yeni mülkiyyət növlərinin formalaşması və inkişafı, sosial ədalət və təmin sisteminin formalaşması və gücləndirilməsi, eləcə də Azərbaycanın dayanıqlı inkişafa nail olunması üçün xarici iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Bu islahatlar strateji dövrdə Azərbaycan iqtisadiyyatının bünövrəsini formalaşdırdı.

Qısa müddət sonra, 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə müqavilə imzalandı. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində ərsəyə gələn bu anlaşma Azərbaycanın siyasi-iqtisadi müstəqilliyinin qorunub saxlanması xüsusi rola malik olmaqla uzunmüddətli dövrdə ölkənin valyuta ehtiyatlarının formalaşmasına töhfə verməkdədir. Həmin dövrdə formalaşdırılan enerji siyasəti bu müqavilə ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevirdi. Nəticədə enerji resursları ölkəmiz üçün yalnız dövlət gəlirlərinin artması mənbəyi deyil, həmçinin ciddi geosiyasi amilə çevrildi. Azərbaycan artıq dünya enerji təhlükəsizliyinə töhfə vermiş ölkələrdən sayılır. Digər maraqlı nüansı qeyd etmək istərdim ki, qlobal arenada enerji təchizatçısı kimi Azərbaycanın müstəqil beynəlxalq siyasət həyatakeçirmə imkanları möhkəmləndi. Geosiyasi mövqelərimizin güclənməsi ilə yanaşı, bu müqavilə, eyni zamanda, Azərbaycan iqtisadiyyatına, əhalinin sosial rifahına ciddi müsbət təsirlər göstərdi.

“Əsrin müqaviləsi” ilk olaraq ölkənin beynəlxalq güvənini ciddi şəkildə artırmaqla xarici investisiya axınlarını sürətləndirdi. Bu investisiyaların böyük bir qismi enerji sektoruna yönəlsə də belə, sözügedən sərmayələrin ölkə iqtisadiyyatının digər sferalarına və işsizlik kimi sosial problemlərə müsbət mənada təsirsiz deyildi. Beləliklə, 1994-cü ildən başlayaraq Azərbaycan qlobal enerji bazarının ən böyük aktyorları ilə rəsmi şəkildə əməkdaşlığa başladı. Atəşkəs sazişi və “Əsrin müqaviləsi” nəticəsində ölkə iqtisadiyyatının ən uzunmüddətli tənəzzül prosesi dayandırıldı və 1995-ci ildən başlayaraq tərəqqi meyilləri müşahidə edildi. Əgər ölkə iqtisadiyyatı 1995-ci ildə 11,8 faiz kiçilmişdisə, 1996-cı ildə 1,3 faiz artım dərin depressiyanın sonu oldu. Təbii ki, hələ sürətli inkişaf dövrü qarşıda idi və Azərbaycan nefti ilk dəfə 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə dünya bazarlarına çıxacaq, külli miqdarda neft gəlirləri ölkənin inkişafında, infrastrukturun bərpasında və sosial imkanların genişlənməsi - büdcə gəlirlərinin artmasında ciddi rol oynayacaqdı. Bu gün isə Azərbaycan artıq regionun ən inkişaf etmiş ölkəsidir. Azərbaycan regional proseslərə təsir imkanlarına malik olan dövlətdir. 1994-cü ildə Azərbaycan iqtisadiyyatının kiçik olmasına baxmayaraq, bağlanan “Əsrin müqaviləsi”ndə ölkəmizin maraqlarını qorumaq mümkün oldu. O zaman Azərbaycanın ümumi daxili məhsulunun həcmi 375 milyon manat idi. Ötən müddətdə isə ümumi daxili məhsulun həcmi 4,5 dəfə artıb. Büdcə gəlirlərimiz cəmi 100 milyon manat idi. Buna baxmayaraq, “Əsrin müqaviləsi”ndə öz dövlət və milli maraqlarımıza uyğun olaraq şərtlər xarici şirkətlərlə razılaşdırıldı. Bu da təbii ki, birbaşa ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində mümkün oldu ki, Azərbaycan o zaman zəif ölkə olmasına baxmayaraq, “Əsrin müqaviləsi”ni öz maraqları çərçivəsində hazırlayıb imzalaya bildi.

Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra Azərbaycan iqtisadiyyatında əldə edilən uğurları iki mərhələdə qruplaşdırmaq mümkündür. 1993-2003-cü illəri əhatə edən birinci mərhələdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət tənəzzülün aradan qaldırılmasına, stabilliyin və iqtisadi inkişafın formalaşmasına imkan yaratdı. Bu mərhələdə əldə edilən uğurlar növbəti dövrdə Azərbaycanda sürətli iqtisadi inkişafın reallaşmasına baza formalaşdırdı. 2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə dayanıqlı və inklüziv iqtisadi inkişafın qorunub saxlanması, ölkəmizin regional və qlobal məsələlərdə mövqeyinin daha da gücləndirilməsi və müasir çağırışlara uyğun yeni iqtisadi modelin formalaşmasına nail olundu.

1993-2003-cü illər: iqtisadiyyatın bərpası və inkişafı dövrü

1993-cü ildə əsası Ümummilli Lider tərəfindən formalaşdırılan iqtisadi sistem ötən müddətdə daha da inkişaf edib və möhkəmlənib. İqtisadi model ilkin mərhələdə tənəzzülün aradan qaldırılmasına, daha sonra iqtisadi inkişafın formalaşmasına və nəhayət dayanıqlı və inklüziv iqtisadi inkişaf mərhələlərini özündə ehtiva edib. Ulu Öndərin hakimiyyətə qayıdışı ilk mərhələdə müstəqilliyin ilk illərində dağıdılmış iqtisadiyyatın bərpasına və daha sonra isə inkişafına təməl yaratdı. Tənəzzülə uğrayan iqtisadiyyatda mərhələli şəkildə stabilliyin əldə olunması və sürətli inkişafı dəstəkləyən islahatların reallaşması müşahidə olundu. Həmin illərdə makroiqtisadi stabilliyi, eləcə də maliyyə-bank sektorunda müasir tənzimləmə sistemi formalaşdırmaqla sənaye, kənd təsərrüfatı, nəqliyyat, xidmət sektorları kimi müxtəlif sahələrin inkişafına nail olundu. Bütün bunlar məşğulluğun təmin edilməsi, işsizlik və yoxsulluq səviyyəsinin azaldılması kimi strateji məqsədlərə xidmət edirdi.

Mənbə: Dövlət Statistika Komitəsi

Cədvəldən göründüyü kimi, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra iqtisadi islahatların sürətlənməsi ümumi daxili məhsulun həcminin illər üzrə artmasına səbəb olub. Sənayenin ümumi daxili məhsulda xüsusi çəkisi 1993-cü ilə nisbətən 12,6 faiz bəndi artaraq 2002-ci ildə 37,4 faiz təşkil edib. Həyata keçirilən islahatlar nəticəsində ölkədə ümumi daxili məhsul istehsalı 1996-2002-ci illər ərzində 71 faiz artaraq 6,1 milyard manata çatıb.

Mənbə: Dövlət Statistika Komitəsi

MDB ilk dəfə olaraq həyata keçirilən torpaq islahatları və sahibkarların dövlət tərəfindən daha yaxından dəstəklənməsi siyasəti özünü kənd təsərrüfatı istehsalında da göstərdi. Torpağın özəlləşdirilməsi sayəsində 857,6 min ailə öz torpaq paylarına sahib olub. Orta hesabla bir ailəyə 1,6 hektar, cəmi isə 1375,5 min hektar torpaq sahəsi verilib. Torpaq payı almış ailələrdən 2589-u kəndli (fermer) təsərrüfatı kimi rəsmi qeydiyyatdan keçib. Həmin dövrdə kənd təsərrüfatı istehsalının genişləndirilməsi həm ərzaq təminatı, həm də ərzaq təhlükəsizliyi baxımdan vacib idi.

Mənbə: Dövlət Statistika Komitəsi

1993-cü ildə 60 xarici ölkə ilə ticarət əlaqələri qurulmuşdusa, 2002-ci ildə bu əlaqələrin coğrafiyası genişlənərək 128-ə yüksəldi, xarici ölkələrlə ticarət dövriyyəsi 1993-cü illə müqayisədə 2,8 dəfə artaraq 3,8 milyard ABŞ dollar olub. Bu illər ərzində Azərbaycanda xarici investisiyalı müəssisələrin sayı da kəskin surətdə artdı. Əgər 1996-cı ildə ölkədə fəaliyyət göstərən xarici investisiyalı müəssisələrin sayı 602-yə bərabər idisə, 2002-ci ildə bu rəqəm 3,5 dəfə artaraq 2104 olub, xarici şirkət və ya fiziki şəxslərin iştirakı ilə yaradılmış birgə müəssisələrin sayı isə 94,1 faiz artaraq 957-yə çatıb.

Mənbə: Dövlət Statistika Komitəsi

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85,1 dəfə artaraq 910,2 milyon manata çatıb, xərcləri isə 72,2 dəfə artaraq 931,8 milyon manat təşkil edib. Büdcə kəsirinin ümumi daxili məhsulda xüsusi çəkisi 1993-cü ildəki 7,1 faizdən 2002-ci ildə 0,4 faizə endirilib. Dövlət büdcəsinin xərclərində sosial müdafiə və sosial təminat xərclərinin payı ildən-ilə artıb. 1993-cü ildə bu məqsədlərə 1,1 milyon manat və ya ümumi büdcə xərclərinin 8,5 faizi sərf olunmuşdusa, 2002-ci ildə bu xərclər 190,3 milyon manata çatdı¬rılıb ki, bu da büdcə xərclərinin 20,4 faizinə bərabər idi.

Mənbə: Dövlət Statistika Komitəsi

Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində iqtisadiyyatın qeyri-dövlət sektorunda məşğulluğun payının 1995-ci ildəki 43,9 faizdən 2002-ci ildə 69,7 faizədək artması¬na nail olunub.

Göründüyü kimi, 1993-cü ildən sonra aparılan islahatlar Azərbaycanda dayanıqlı iqtisadi sistemin formalaşmasına səbəb olub. Nəticədə ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra iqtisadi tənəzzülün qarşısı alınmaqla yanaşı, davamlı iqtisadi inkişaf bərpa olunub. Aparılan islahatlar iqtisadi-sosial sferada tərəqqiyə baza yaradıb.

Post-2003 dövrü: dayanıqlı və inklüziv inkişaf modeli

2003-cü ildən sonrakı dövr 1993-2002-ci illərdə əldə edilən uğurların davam etdirilməsi və inklüziv iqtisadi inkişaf modelinin formalaşdırılması mərhələsi kimi xarakterizə olunur. Ulu Öndərin hakimiyyətdə olduğu dövrdə iqtisadiyyatda stabilləşmə əldə edilib və iqtisadi inkişaf müşahidə olunub. Əsası Ümummilli Liderin rəhbərliyi ilə formalaşan iqtisadi-sosial inkişaf strategiyası Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə uğurla davam etdirilməkdədir. Məhz müasir iqtisadi inkişaf prinsiplərinə əsaslanaraq həyata keçirilən yeni inkişaf strategiyası Azərbaycanda sürətli və dayanıqlı inkişafı formalaşdırıb, ölkəni regionun aparıcı dövlətlərindən birinə çevirib.

Azərbaycan ortamiqyaslı ölkə olaraq regional və qlobal təhlükəsizliyə töhfə verməyə çalışan dövlətlərdən hesab edilir. Bu da ondan xəbər verir ki, dövlətimizin başçısının rəhbərliyi ilə reallaşan siyasət Azərbaycanın regional və beynəlxalq aləmdə mövqeyinin daha da gücləndirilməsinə gətirib çıxarıb. Bu, ölkəmizin mövcud iqtisadi və siyasi gücü kontekstində regional proseslərə daha yaxından təsir etməsi, xüsusən də region, o cümlədən qitə üçün vacib layihələrin reallaşdırılması deməkdir. Bu, bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət, regional və qlobal təhlükəsizliyə töhfə verilməsinə ünvanlanan addımlar ölkəmizin mövqeyinin daha da möhkəmlənməsinə səbəb olub.

Mənbə: Dövlət Statistika Komitəsi

Cədvəldən göründüyü kimi, 2003-cü illə müqayisədə 2019-cu ildə ümumi daxili məhsul istehsalı 3,4 dəfə artıb. Bu müddətdə qeyri-neft-qaz sektoru üzrə ümumi daxili məhsul istehsalı 2,9 dəfə, sənaye məhsulu istehsalı 2,7 dəfə, o cümlədən qeyri neft-qaz sənayesi üzrə 2,7 dəfə artıb.

Mənbə: Dövlət Statistika Komitəsi

Həyata keçirilən strateji hədəfli iqtisadi siyasət bir tərəfdən xarici sərmayələrin daha çox cəlb edilməsinə, digər tərəfdən isə yerli mənbələr hesabına investisiya qoyuluşlarının məbləğinin kəskin artmasına imkan yaradıb. Belə ki, əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 2,9 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitlər 4,3 dəfə artıb. Sözügedən dövrdə yük daşınması 2,1 dəfə, sərnişin daşınması isə 2,2 dəfə artıb. İnformasiya və rabitə xidmətlərinin həcmində real ifadədə 14,2 dəfə artım qeydə alınıb.

Mənbə: Dövlət Statistika Komitəsi

Cədvəldən göründüyü kimi, kənd təsərrüfatı 1,9 dəfə artıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar kənd təsərrüfatı məhsulları istehsalının artmasına və idxaldan asılılığın aradan qaldırılmasına gətirib çıxarıb. Bu sahədə dövlət dəstəyinin gücləndirilməsi kənd təsərrüfatında çalışan fermerlərin və sahibkarların büdcə yardımlarına çıxış imkanlarını artırıb.

Mənbə: Dövlət Statistika Komitəsi

Azərbaycan Prezidentinin rəhbərliyi həyata keçirilən siyasətin əsas meyarı ölkə vətəndaşının sosial təminatı və həyat şəraitinin daha yaxşılaşdırılmasıdır. 1993-cü ildən sonra həyata keçirilən və mərhələli şəkildə inkişaf etdirilən sistemli sosial siyasət nəticəsində 2003-cü illə müqayisədə 2019-cu ildə əhalinin nominal gəlirləri 9,9, orta aylıq nominal əməkhaqqı 8,2, pensiyaların orta aylıq məbləği 11,1, minimum əməkhaqqı 27,8, əmək pensiyasının minimum məbləği 10 dəfə artıb.

Mənbə: Dövlət Statistika Komitəsi

Sosial sferada əldə edilən digər mühüm nailiyyətlər məhz yoxsulluq və işsizlik səviyyəsinin azaldılmasına gətirib çıxardı. Müstəqilliyin ilk illərində müşahidə edilən iqtisadi tənəzzül yoxsulluq və işsizlik səviyyələrinə təsirsiz ötüşməyib. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra həyata keçirilən sosial siyasətin əsas hədəfləri, həmçinin yoxsulluq və işsizlik səviyyələrinin azaldılması idi. Bu strategiya 2003-cü ildə sonra da uğurla davam etdirilib. Belə ki, ötən 2003-cü ildən sonra işsizliyin səviyyəsi 9,2 faizdən 4,8 faizədək enib, işsiz əhalinin sayı 400,9 min nəfərdən 251,6 min nəfərədək və ya 1,6 dəfə (37 faiz) azalıb. Yoxsulluq səviyyəsi 44,7 faizdən 4,8 faizədək enib, yoxsul əhalinin sayı 3 milyon 714,2 min nəfərdən 475,4 min nəfərədək və ya 7,8 dəfə azalıb. Bu müddətdə əhalinin sayı 1 milyon 718 min nəfər və ya 20,6 faiz artıb.

Mənbə: Dövlət Statistika Komitəsi

Xarici iqtisadi əlaqələrin genişlənməsi və xüsusən də ixrac imkanlarının artırılması iqtisadi siyasətin vacib prioritetlərindən hesab olunur. Azərbaycan Prezidentinin rəhbərliyi ilə reallaşan xarici iqtisadi əlaqələrin inkişafına xidmət edən siyasət mərhələli şəkildə ölkənin ixrac potensialının daha da artırılmasına təkan verdi. Bu dövrdə xarici ticarət əlaqələri qurulmuş ölkələrin sayı 124-dən 195-dək və ya 57,3 faiz artıb. Xarici ticarət dövriyyəsi 6,4 dəfə, o cümlədən idxal 5,2 dəfə, ixrac 7,6 dəfə artıb. Qeyri neft-qaz məhsullarının ixracı 5,2 dəfə çoxalıb.

Mənbə: Dövlət Statistika Komitəsi

Büdcə gəlirlərinin artırılması iqtisadi siyasətin əsas prioritetlərindən biri olaraq qalmaqdadır. Cədvəldən göründüyü kimi, dövlət büdcəsinin gəlirlərində müşahidə edilən artımlar, həmçinin gəlirlərin strukturunun da təkmilləşdirilməsinə imkan yaradıb. 2003-2019-cu illərdə dövlət büdcəsinin gəlirləri 20 dəfə artıb.

Mənbə: Dövlət Statistika Komitəsi

Dövlət büdcəsinin xərclərindəki artımlar, eyni zamanda, sosial istiqamətə daha çox vəsaitin ayrılmasına imkan yaradıb. 2003-2019-cu illərdə dövlət büdcəsinin xərcləri 19,8 dəfə artıb.

Bu dövrdə ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların ümumi həcmi 3,3 dəfə artıb. 2004-2019-cu illərdə Azərbaycana, ümumilikdə 260,3 milyard dollar həcmində investisiya qoyulub. Xarici investisiyalarda 2,1 dəfə artım qeydə alınıb. 2004-2019-cu illərdə Azərbaycana 128,4 milyard dollar xarici investisiya qoyuluşu həyata keçirilib. Qeyri-neft-qaz sahələrinə yönəldilmiş investisiyalar isə 7,7 dəfə artıb. 2004-2019-cu illərdə Azərbaycanın-qeyri-neft-qaz sektoruna 164,3 milyard dollar investisiya qoyulub. Azərbaycanın digər ölkələrin iqtisadiyyatlarına yönəltdiyi investisiyaların həcmi 2,8 dəfə artıb. 2004-2019-cu illərdə Azərbaycanın digər ölkələrin iqtisadiyyatlarına qoyduğu investisiyaların ümumi həcmi 25,1 milyard dollar təşkil edib. Göründüyü kimi, 2003-cü ildən sonra davam etdirilən iqtisadi siyasət strategiyası Azərbaycanı investisiya qoyuluşları həyata keçirən dövlətə çevirib. Bu isə Azərbaycanın iqtisadi gücünü göstərən əsas amillərdən biri hesab olunur.

Qeyd etmək lazımdır ki, 2020-ci ildə qlobal və milli iqtisadiyyatlara təsir edən pandemiya ölkəmizə də təsirsiz ötüşmədi. Azərbaycan Prezidentinin rəhbərliyi ilə reallaşan siyasət bir tərəfdən pandemiyanın vətəndaşlarımızın sağlamlığına təsirinin minimumlaşdırılmasına, insanlarımızın sağlamlığının qorunmasına xidmət etdi, digər tərəfdən isə bu siyasət imkan verdi ki, pandemiya dövründə sahibkarlar, muzdlu işçilər, eyni zamanda, işləməyən vətəndaşlarımız dövlət dəstəyindən yararlana bilsinlər. Ümumdünya Səhiyyə Təşkilatı da Azərbaycanı pandemiyaya qarşı səmərəli mübarizə aparan ölkələrdən biri kimi qiymətləndirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, növbəti dövrlərdə də islahatların dərinləşməsi, xüsusən qeyri-neft sektoru ilə bağlı tədbirlər davam etdiriləcək. Bu da imkan verəcək ki, Azərbaycan növbəti aylarda, xüsusən postpandemiya dövründə əsas iqtisadi artımı qeyri-neft sektoru hesabına formalaşdıra bilsin. Bu da iqtisadiyyatın inklüzivliyi və dayanıqlığı baxımından çox vacibdir. Azərbaycanda dərinləşdirilmiş islahatların davam etdirilməsi ilə bağlı siyasi iradə var. Bu isə növbəti dövrlərdə də iqtisadiyyatın şaxələnməsi və sahibkarlığın inkişafı ilə bağlı dərinləşdirilmiş islahatların davam edəcəyindən xəbər verir.

Beləliklə, 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın siyasi-iqtisadi müstəqilliyinin qorunub saxlanmasına, iqtisadiyyatın bərpa və inkişafına baza formalaşdırıb. Azərbaycan iqtisadiyyatının ötən müddətdə əldə etdiyi uğurların təhlili göstərir ki, əsası Ümummilli Liderin rəhbərliyi formalaşan iqtisadi-sosial inkişaf strategiyası Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə uğurla davam etdirilməkdədir və bu da ölkəmizin yeni müvəffəqiyyətlərə imza atmasına şərait yaratmaqdadır. Məhz sistemli və uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq təhlükəsizliyə töhfə verən ölkələrdən birinə çevrilib.

Vüqar Bayramov

Milli Məclisinin deputatı

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb