Azərbaycan Dövlət İnformasiya Agentliyi

Siyavuş Novruzov: Qayıdışdan Qurtuluşa – tərəqqi yolunun başlanğıcı

Siyavuş Novruzov: Qayıdışdan Qurtuluşa – tərəqqi yolunun başlanğıcı

Bakı, 14 iyun, AZƏRTAC

Bu gün Azərbaycan dünyada müstəqil siyasət həyata keçirən suveren dövlət kimi tanınır. Bir sıra ölkələrdən fərqli olaraq dövlət müstəqilliyimiz kağız üzərində deyil, əməldə - siyasətdə, istənilən qərarın qəbulunda və icrasında özünü göstərir.

Azərbaycanın müstəqillik zirvəsinə yüksəlməsi isə lider - şəxsiyyət amili, daha dəqiq desək, ümummilli lider Heydər Əliyevin müstəsna-tarixi xidmətləri sayəsində mümkün olmuşdur.

Bu fikirlər Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun “Qayıdışdan Qurtuluşa -tərəqqi yolunun başlanğıcı” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Yaxşı xatırlayırıq - müstəqilliyin ilk illərində Azərbaycanın da suverenliyi kağız üzərində idi. Respublikamız dünyada müstəqil siyasət həyata keçirən, tərəfdaş ölkə kimi tanınmırdı, regional və beynəlxalq proseslərdən kənarda qalmışdı. Həmin dövrdə hakimiyyəti qəsb etmiş AXC-Müsavat cütlüyü Azərbaycanı, sözün əsl mənasında, ayrı-ayrı xarici qüvvələrin “döyüş meydanı”na çevirmiş, ölkədə xaos və anarxiya idarəolunmaz həddə çatmışdı. Belə şəraitdə separatizm meyilləri də baş qaldırmağa başlamışdı. Artıq ölkənin bir sıra ərazilərində qanunsuz silahlı birliklər bölücü iddialarla çıxış edərək mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Məhz 1993-cü ilin 4 iyun hadisələri də belə bir şəraitdə baş verdi.

Azərbaycanın vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında olduğu situasiyada xalqımız Azərbaycan dövlətini xilas etmək üçün ümummilli lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər.

1993-cü il iyunun 9-da isə Heydər Əliyevin xalqın təkidli tələbi ilə Bakıya qayıtması, ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi missiyasını həyata keçirməyə başlaması böyük tarixi əhəmiyyətə malik idi. İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Məhz bundan sonra ölkədə davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi daxil oldu.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub saxlamaq, əbədi etmək idi. Bu, ümummilli liderin qətiyyəti, iradəsi sayəsində mümkün oldu. Ulu öndər Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Heç şübhəsiz, Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı qürur səhifəsini təşkil edir. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.

Bəhs olunan reallıqların məntiqi nəticəsi kimi, xalqımız 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində ümummilli lider Heydər Əliyevə yüksək etimad göstərdi. Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilməsi milli dövlətçilik tariximizin ən mühüm səhifələrindən birini, bugünkü uğurlarımızın əsasını təşkil edir. Ona olan ümidləri doğruldan böyük dövlət xadimi Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verilməsi, ordu quruculuğu prosesinə başlanması, Qarabağ müharibəsində atəşkəs əldə edilməsi, eləcə də münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlanması və digər strateji əhəmiyyətli addımların atılması Azərbaycanın tərəqqisinə xidmət edən mütərəqqi strateji inkişaf planının həyata keçirilməsinə imkan verdi. Paralel olaraq hüquqi, demokratik dövlət quruculuğuna istiqamətlənmiş tədbirlərin reallaşdırılması müasir müstəqil Azərbaycanın inkişaf yolunda əmin addımlarla irəliləməsinə xidmət etmiş oldu. Ölkədə ilk parlament seçkilərinin keçirilməsi, ümumxalq səsverməsi - referendum vasitəsilə Konstitusiyanın qəbul edilməsi, məhkəmə islahatlarının aparılması, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm institutların yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar xüsusi qeyd edilməlidir. Bütün bunlar Azərbaycanın inkişaf yolunda əmin addımlarla irəliləməsini şərtləndirdi. Eyni zamanda, milli maraqlara əsaslanan, praqmatik və çoxvektorlu xarici siyasətin həyata keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi, müstəqil milli dövlət kimi dünya birliyinə uğurla inteqrasiya olunması Heydər Əliyevin müstəsna əhəmiyyətə malik olan tarixi xidmətləri sırasında xüsusi yer tutur. Bütün bunlara - əldə olunan nəticələrə, qazanılan nailiyyətlərə görə əminliklə qeyd edirik ki, Ümummilli Liderimiz Azərbaycanın real müstəqilliyini təmin edib.

Layiqli varisin alternativsiz siyasəti Azərbaycanı yeni zirvələrə aparır

Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Liderin ideyaları əsasında inkişaf edərək öz qüdrətini daha da artırır. Ulu Öndərin layiqli varisi və alternativsiz siyasətinin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs nəticəsində Azərbaycan möhtəşəm nailiyyətlər qazanır, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız ən yüksək zirvələrdə əzəmətlə və qürurla dalğalanır.

Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Bu strateji kurs Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Azərbaycan Ordusunun ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməsi, ərazi bütövlüyümüzün bərpa olunması isə zəngin dövlətçilik tariximizin ən qürurlu səhifəsidir.

Zəfər yolu ilə Şuşa zirvəsinə - dostluq və qardaşlıq təntənəsi, strateji tərəfdaşlıq nümunəsi

Əlbəttə, Heydər Əliyevin qayıdışı və onun adı ilə bağlı olan Milli Qurtuluşumuz olmasaydı, Azərbaycanın müstəqil dövlət kimi inkişafı da, torpaqlarımızın erməni vandalizmindən, hərbi-siyasi əsirlikdən qurtuluşu da, soydaşlarımızın öz əzəli yurdlarına qayıdışı - Böyük Qayıdış da mümkün olmayacaqdı. Ona görə də 15 iyun tarixi dövlətçilik təqvimimizdə əsl müstəqilliyimizin, xilasımızın, qurtuluşumuzun rəmzi kimi müstəsna yer tutur. 15 iyun, eyni zamanda, tərəqqi və Zəfər yolunun Şuşa zirvəsində möhtəşəm hadisənin - iki dost, qardaş və tərəfdaş ölkə - Azərbaycan ilə Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin tarixidir.

1921-ci ildə imzalanmış Qars müqaviləsindən yüz il sonra belə bir Bəyannamənin imzalanması, heç şübhəsiz, böyük mənəvi-siyasi, hərbi-strateji və tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”.

Bu reallıqlar xalqımızın ümummilli lideri Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”, böyük öndər Mustafa Kamal Atatürkün isə “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamlarının tarixi, milli və siyasi əsaslara söykəndiyini növbəti dəfə təsdiqləyir, iki müstəqil, güclü və nüfuzlu qardaş dövlətin birlikdə möhtəşəm nailiyyətlər qazanmaq, yeni zirvələr fəth etmək iqtidarında olduğunu sübuta yetirir.

Nəticə etibarilə, bu gün əminliklə və qətiyyətlə “müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir” fikrini ifadə etməklə tarixi reallığın üzərinə işıq salmış oluruq. Bəli, Heydər Əliyevin zəngin dövlətçilik irsi, xüsusilə də Qurtuluş məfkurəsi əbədiyaşar sərvət kimi hər bir azərbaycanlının qürur mənbəyini təşkil edir. Bu tükənməz sərvət gələcək nəsillər üçün zəngin xəzinə, istiqlal və tərəqqi yolu, müstəqillik zirvəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub ŞƏRH

Özbəkistan MTRŞ əməkdaşlar üçün süni intellekt imkanlarını genişləndirir

Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib

Almaniya Silahlı Qüvvələrində 186 min 700 kişi və qadın xidmət edir

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

® Hər böyümüş limfa düyünü təhlükəlidirmi?

Rumıniyalı futbolçu: "Neftçi"yə keçidimlə bağlı danışıqlar son mərhələdədir

® “Mən sadəcə işimi görürəm”: PR mütəxəssislər niyə çox vaxt görünməz qalırlar?

Bal ayına gedən britaniyalı cütlük Yunanıstanda helikopter qəzasında həlak olub

TRIPP layihəsi Azərbaycanın tranzit-logistika mövqeyini gücləndirə bilər – ŞƏRH

“Borussiya Dortmund” niderlandlı futbolçunu heyətinə qatıb

Naxçıvan geosiyasi və iqtisadi reallıqlar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyur - ŞƏRH

Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb

Ekspert: Türkiyə Naxçıvan üçün Avropaya çıxışdır

Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib

İngiltərədə əlilliyi olan şəxslər üçün avtobuslarda 24 saat pulsuz gediş tətbiq ediləcək

Bu il dövlət büdcəsinin xərclərinin 40,8 milyard manat olacağı gözlənilir

Türk dünyasının arxeoloqları Macarıstanda ortaq rəqəmsal irs bazası yaradacaqlar

Maliyyə Nazirliyi dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayışı açıqlayıb

Nazirlik: Yarım ildə dövlət borcuna xidmət xərcləri üzrə yuxarı hədd gözlənilib

İlin sonuna dövlət büdcəsinin gəlirlərinin 39,3 milyard manat olacağı gözlənilir

Rusiya Xarkov vilayətinə raket zərbəsi endirib, 10 mülki şəxs həlak olub

DSX rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Türkiyə brendləri Rusiya bazarını tərk edir

Azərbaycan manatının yeni siması: nüfuzlu jurnal nə yazır?

Xocavənd sakinləri sosial müdafiə və mina təhlükəsi barədə maarifləndirilib

31-ci AFS Gənclər Assambleyası başa çatıb

“Nyukasl” “Benfika”nın futbolçusunu 35 milyon avroya transfer edib

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 28 mindən çox şəxs qəbul edilib

Təranə Tağıyeva: Ukraynada müharibə şəraitində xidmət göstərmək böyük fədakarlıq tələb edir

Sabahın hava proqnozu açıqlanıb

“Sabah” basketbol klubu yeni mövsümə Litvada hazırlaşacaq

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA

Avropa Kuboku: Azərbaycan klubunun APOEL-lə oyunlarının məkanı bəlli olub

Orta illik inflyasiya 5,7 faiz səviyyəsində qərarlaşıb

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək

Cahongir Abduraxmonov: Azərbaycan və Özbəkistan birgə media və kino layihələri icra edir

Naxçıvanda 518 mənzilli sosial evlər kompleksi: regionun inkişafında yeni şəhərsalma modeli VİDEO

Naxçıvanda 518 mənzilli sosial evlər kompleksi: regionun inkişafında yeni şəhərsalma modeli VİDEO

FHN: Qeyri-çimərlik ərazilərdə suda batan 53 nəfərin meyiti tapılıb, 73 nəfər xilas edilib

Xaricdə təhsil: universitet və ixtisas seçərkən hansı meyarlara diqqət edilməlidir?

Hörmüz böhranının Azərbaycanın neft ixracına təsiri

Erlinq Holann Premyer Liqanın ən yaxşı oyunçuları reytinqinə başçılıq edir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin büdcədən maliyyələşdirilən hərbi hissələrində dövlət qulluqçusu olmayan mülki işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğlərinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dördüncü ixtisas qrupu üzrə 10 mindən çox abituriyent müsabiqədə iştirak hüququ əldə edib

Bu saata olan əsas xəbərlər

Mətbuat Şurası Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhdidləri pisləyib

FHN-dən silsilə maarifləndirmə tədbirləri: paytaxt və rayonlar əhatə olunub

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxslər həbs edilib

İyulda 185 mindən çox şəxs ailə başçısını itirməyə görə pensiya və müavinət alıb

DSMF 7 ayda müavinət və təqaüdlərə 1,3 milyard manatdan çox vəsait ayırıb

Sərhədçinin bir günü - FOTOLAR VİDEO

Sərhədçinin bir günü - FOTOLAR VİDEO

Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ

Gürcüstan polisi terrorçuluğu dəstəkləyən xarici ölkə vətəndaşını saxlayıb

Kinotənqidçilər və Kinoşünaslar Gildiyası növbəti mükafatlarını təqdim edib

Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək

Səlbirin tarixinə işıq salan ekspedisiya - 32 metrlik müdafiə divarı aşkar edilib

Qəbələ və Oğuz sakinlərinin müraciətləri dinləniləcək

Rusiya Britaniyanı hədələyib

Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar VİDEO

Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar VİDEO

Dördüncü ixtisas qrupu üzrə 5048 plan yeri ayrılıb

“Qarabağ”ın futbolçusu: Zubirin gedişi bizim üçün böyük itkidir - MÜSAHİBƏ

Moskva vilayətində 150-dən çox PUA vurulub, üç nəfər xəsarət alıb

AZƏRTAC “Astana Finance Days 2026” forumunun media tərəfdaşı kimi çıxış edəcək

DİN: Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

Neft qiymətləri iyulun sonundan bəri ən yüksək səviyyəyə çatıb

Gürcüstanlı hücumçu: “Qarabağ”a qol vurmaq bizim üçün yaxşı motivasiya oldu

Bu il III qrupda neçə nəfər 500-600 arası bal toplayıb? – Rəqəmlər

Qarabağın təbii sərvətləri: 2 mindən çox yaşı olan ağaclar vaxtilə təbiət abidəsi kimi qorunurdu

Azərbaycan boksçusu Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Çempionlar Liqası: “Fənərbağça” bu gün Fransa klubu ilə qarşılaşacaq

“Bavariya” Harri Keynlə müqaviləni yeniləmək üçün danışıqlar aparır

Abituriyentlərə peşəkar məsləhət və informasiya dəstəyi göstərilir

Misin qiyməti bu il 13 faizdən çox artıb

Avqustun 22-də rəqəmsal SAT imtahanı təşkil olunacaq

DİM: İndiyədək 70 mindən çox abituriyent ixtisas seçimi edib

Qızıl və gümüşün qiymətləri ucuzlaşıb VİDEO

Qızıl və gümüşün qiymətləri ucuzlaşıb VİDEO

Neft qiymətləri bahalaşır VİDEO

Neft qiymətləri bahalaşır VİDEO

Bölgələrdə yanğına səbəb olan üç nəfər məsuliyyətə cəlb olunub

Azərbaycan nefti 91,31 dollara satılır VİDEO

Azərbaycan nefti 91,31 dollara satılır VİDEO

Bu gün Azərbaycan sərhədçilərinin peşə bayramıdır

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Tovuzda avtomobil su arxına düşüb, sürücü ölüb VİDEO

Tovuzda avtomobil su arxına düşüb, sürücü ölüb VİDEO

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6438-ə çatıb

Leyla Bəyim: Natəvan kimi şəxsiyyətlər xalqın mədəni kodunu formalaşdırır

ABŞ-də Tupak Şakurun qətlinə dair iş üzrə məhkəmənin ilk iclası olub

Kolumbiyada zəlzələnin vurduğu zərər 9,6 milyard dollar məbləğində qiymətləndirilib

Çində həkimlər iki ayağını itirmiş pasiyentə replantasiya əməliyyatını həyata keçiriblər

Məşhur ifaçıların albomları ilə ABŞ-də yol-nəqliyyat hadisələri arasındakı əlaqə araşdırılıb

NASA və ESA astronavtları təmir işləri üçün açıq kosmosa çıxacaqlar

Rusiyada birinci sinif şagirdləri üçün azı 40 dəqiqəlik dinamik fasilələr tövsiyə olunub

BMT rəsmisi Yəməndə mülki əhali arasında qurbanların sayının artmasından narahatdır

“Terrorsuz Türkiyə” təşəbbüsü çərçivəsində hazırlanan qanun qüvvəyə minib

Ərdoğan ilə Tramp arasında telefon danışığı olub

Siciliyada Antonello da Messinanın əsərlərini oğurlayanların istifadə etdiyi ehtimal olunan furqon aşkarlanıb

Hindistanda yaşı 3,5 milyard il olan biogen mənşəli çöküntülər aşkar edilib

Teyara Velimetova: Kitabımın əsasını Müslüm Maqomayevlə Tamara Sinyavskayanın sevgi hekayəsi təşkil edib

Türkiyə və İranın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər

Kuşner: 30 gün ərzində Qəzza məsələsində irəliləyiş görə bilərik

Rumıniya Parlamentinin senatoru Qarabağda həyata keçirilən infrastruktur layihələri barədə məlumatlandırılıb

Tramp: Biz blokada vasitəsilə Hörmüz boğazına nəzarət edirik