Siyəzənli gənclər layihələrin idarə olunması üzrə təlimlərə qatılıblar
Siyəzən, 16 noyabr, Elxan Yusifli, AZƏRTAC
Siyəzənli gənclər layihələrin idarə olunması üzrə təlimlərə cəlb olunublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Siyəzən nümayəndəliyinin təşəbbüsü ilə keçirilən təlimlərdə gənclərə ideyanın layihəyə çevrilməsi, layihə yazılışının mərhələləri haqqında məlumat verilib.
Nəzəri və praktiki təlimlər zamanı gənclər komanda şəklində hazırladıqları layihələrin nizamnaməsini təqdim ediblər.
Eyni mövzuda təlimlər Bakı şəhərində təhsil alan siyəzənli gənclər üçün paytaxtda da təşkil olunub.