Slovakiya tarixində ilk qadın prezidentin andiçmə mərasimi keçirilib
Bratislava, 15 iyun, AZƏRTAC
İyunun 15-də Slovakiya tarixində ilk qadın dövlət başçısı Zuzana Çaputovanın andiçmə mərasimi keçirilib.
AZƏRTAC Slovakiyanın TASR agentliyinə istinadla xəbər verir ki, Z.Çaputova Slovak Filarmoniyasında parlament üzvlərinin iştirakı ilə keçirilən mərasimdə Konstitusiya Məhkəməsinin sədri İvan Fiaçan qarşısında and içib və bununla da rəsmi olaraq prezident səlahiyyətlərinin icrasına başlayıb.
Qeyd edək ki, ixtisasca vəkil olan 45 yaşlı Zuzana Çaputova martın 30-da Slovakiyada prezident seçkilərinin ikinci turunda qalib gələrək, bu ölkədə ilk qadın prezident kimi tarixə düşüb.
Z.Çaputova ilk rəsmi səfərini iyunun 20-də Çexiyaya edəcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]