Sloveniyada pandemiya ilə əlaqədar 30 günlük xüsusi vəziyyət elan edilib
Lyublyana, 19 oktyabr, AZƏRTAC
Sloveniya hökuməti koronavirusa yoluxanların sayının artmasını nəzərə alaraq, ölkədə 30 günlük xüsusi vəziyyət elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Sloveniyanın Baş Naziri Yaneş Yanşa özünün rəsmi “Twitter” hesabında bildirib. Bu qərarda pandemiyaya qarşı mübarizə tədbirlərinin konkret hansı istiqamətlər üzrə sərtləşdiriləcəyi əks olunmasa da, yaxın günlərdə regional məhdudiyyətlərin tətbiq olunacağı gözlənilir.
Sloveniya Avropa İttifaqı ölkələri arasında pandemiya ilə əlaqədar ilk xüsusi vəziyyət elan edən ölkə kimi yay aylarına qədər müsbət irəliləyişlərə nail olmuşdu. Lakin son həftələrdə yoluxma səviyyəsinin artımı artıq ölkədə qismən lokdaun vəziyyətinin yaranmasına səbəb olub. Ölkənin on iki regionundan doqquzunda sakinlərə öz regionlarını tərk etməyə icazə verilmir. Eyni zamanda, oktyabrın 19-dan etibarən 6-cı sinifdən yuxarı bütün məktəblilərin ”virtual məktəb” proqramı çərçivəsində məsafəli dərslərdə iştirakına dair fəaliyyət planı işə düşüb.
İndiyədək Sloveniyada 13151 nəfər koronavirusa yoluxub, ölənlərin sayı 187 nəfərdir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Lyublyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]
Moldovada Dnestrin dayazlaşması fonunda fövqəladə vəziyyət elan edilə bilər
- 22.09.2026 [11:20]
Sudanda 5 milyondan çox məcburi köçkün evlərinə qayıdıb
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-də iki böyük hava limanında uçuşlar dayandırılıb
- 21.09.2026 [23:54]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [23:28]
Saatlıda regionlarda kibertəhlükəsizlik məsələləri müzakirə olunub
- 21.09.2026 [22:50]
Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır
- 21.09.2026 [22:16]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [21:54]
"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır
- 21.09.2026 [21:39]
Azərbaycan cüdoçuları dünya çempionatında daha 3 medal qazanıblar
- 21.09.2026 [21:36]