SOCAR-ın kollektivinin iştirakı ilə “Bibiheybətneft”in ərazisində iməcilik təşkil edilib
Bakı, 10 aprel, AZƏRTAC
SOCAR ənənəvi yaz iməciliklərinə başlayıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın rəhbər heyətinin və Baş ofisinin kollektivinin iştirakı ilə “Bibiheybətneft” NQÇİ-nin ərazisində iməcilik keçirilib.
İməcilik çərçivəsində 3 min zeytun ağacı əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib. 2006-cı ildən etibarən təşkil edilən bu iməciliklərdə ümumilikdə neftlə çirklənmiş ərazilərdə SOCAR əməkdaşları tərəfindən təxminən 700 hektar yaşıllıq sahəsi salınıb, 1 milyon 200 min ağac, gül və gül kolları əkilib.