Sofiya xarici vətəndaşların yaşaması üçün 200 ən bahalı şəhərdən biridir
Sofiya, 4 iyul, AZƏRTAC
Amerikanın konsaltinq şirkəti “Mercer” miqrantların yaşayışı üçün ən bahalı şəhərlərin siyahısını tərtib edib.
AZƏRTAC xəbər verir ki, reytinqə daşınmaz əmlakın qiyməti, nəqliyyat, yemək, paltar, ev üçün məhsullar və əyləncəyə xərclənən vəsait göstəriciləri daxil edilib. Eyni zamanda, mütəxəssislər dolların yerli valyutaya nisbətini də nəzərə alıblar. Araşdırmanın əsas məqsədi çoxmilli şirkətlərin öz işçilərinə ödəniləcək kompensasiyaların məbləğini öyrənmək üçündür. Sofiya şəhəri bu siyahıda 177-ci yeri tutur. Ən bahalı şəhər Honqkonq, ikinci yerdə Tokiyo, üçüncü yerdə isə Sinqapur yerləşib. Gözlənilmədən birinci onluğa Türkmənistanın paytaxtı Aşxabad şəhəri daxil olunub. Aşqabad siyahıda 7-ci yeri tutub. Bununla yanaşı, miqrantların yaşaması üçün ən ucuz şəhər Daşkənd seçilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]