Solikamsk mədənindən 9 fəhlənin meyiti çıxarılıb
Moskva, 23 dekabr, AZƏRTAC
Rusiyanın Perm vilayətinin Solikamsk şəhərində kalium mədənində baş vermiş yanğın nəticəsində 9 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, xilasedicilər "Uralkaliya" mədənində yanğın nəticəsində yaranmış tüstüdən boğularaq ölmüş 9 fəhlənin meyitini çıxarıblar.
Hadisə ilə bağlı yaradılmış qərargahdan bildiriblər ki, mədəndə çalışan 17 nəfərdən 8 nəfəri dərhal xilas edilib, qalan 9 nəfərlə əlaqə kəsilib. Şaxtaçılar oksigen balonları ilə təchiz edilsələr də balonların istifadə üçün nəzərdə tutulduğu vaxt yetərincə olmayıb. Mədəndə qalan fəhlələri çıxışdan cəmi 10 metr məsafə ayırmasına baxmayaraq, yüksək temperatur və tüstü onlara yaxınlaşmağa imkan verməyib.
Yanğın 500 metr dərinliyi olan mədənin 340 metrliyində montaj köpüyü və inşaat tullantılarının alovlanması nəticəsində baş verib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]