İQTİSADİYYAT
“Sonata” alıcılara daha sərfəli şərtlərlə təqdim edilir
Bakı, 25 aprel (AZƏRTAC). “Hyundai”ın flaqmanı olan, D seqmentinin şəriksiz lideri və avtomobil həvəskarlarının könüllərini fəth etmiş “Sonata” indi alıcılara daha sərfəli şərtlərlə təqdim edilir.
“Hyundai Auto Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda distribüter tərəfindən çox əlverişli şərtlərlə təqdim edilən 2.4 MPI mühərrikli “Sonata” üçün 1500 manatdan 1700 manatadək bonus təklif olunur. Bu bonus vasitəsilə alıcı 2.4 MPI mühərrikli “Sonata”nı nağd ödəmə yolu ilə 21 min 200 manata, yaxud da kreditlə 3 illik müddətə heç bir bank və sığorta xərci ödəmədən sadəcə avtomobilin öz dəyərindən 3 min 400 manat ilkin ödəniş verməklə əldə edə bilər.
Güclü və davamlı gövdə karkası “Sonata”nın təhlükəsizlik standartlarının əsasını təşkil edir. Bundan başqa, avtomobil elektron idarə olunan qapanmaz əyləc sistemi və stabillik paketləri kimi ən müasir mexanizmlərlə təchiz edilərək, baş verən hər hansı qəzanın qarşısını almağa imkan verir. Qəza baş verdiyi təqdirdə, gövdə karkasının davamlılığı, eləcə də çoxsaylı hava yastıqları və təhkükəsizlik texnologiyası sərnişinlərin təhlükəsizliyini maksimum qoruyur.
######