Afrika Badminton Konfederasiyası Şurasının üzvü Milli Gimnastika Arenasında olub
Bakı, 30 may, AZƏRTAC
Kamerun Milli Badminton Federasiyasının prezidenti və Afrika Badminton Konfederasiyası Şurasının üzvü Odet Esembe Enqulu Milli Gimnastika Arenasına baş çəkib.
Azərbaycan Gimnastika Federasiyasından (AGF) AZƏRTAC-a verilən məlumata görə, Kamerun Milli Olimpiya və İdman Komitəsinin vitse-prezidenti arenanın şəraiti ilə yaxından tanış olub.
O.E.Enqulu, həmçinin AGF-nin üzvləri və gimnastlarla xatirə fotoları çəkdirib.