Sorğu: Amerikalıların əksəriyyəti Ukraynadan sülh danışıqları istəyir
Bakı, 15 oktyabr, AZƏRTAC
Amerikalıların yarıdan çoxu hesab edir ki, Ukrayna Rusiya ilə sülh danışıqlarına başlamalıdır.
AZƏRTAC xəbər verir ki, Harvard Universitetinin keçirdiyi sorğunun nəticələrinə əsasən, respondentlərin 54 faizi münaqişənin həlli üçün Ukrayna və Rusiya arasında danışıqların təşkili təşəbbüsünü dəstəkləyir, 46 faizi isə Kiyevin müharibədə qələbəsini arzulayır.
Kiyevin sülh danışıqlarına başlamasını istəyənlərin 63 faizi respublikaçıların, 44 faizi isə demokratların tərəfdarıdır. Müstəqil seçicilər arasında isə bu göstərici 56 faiz olub.
Eyni zamanda, amerikalılar Ukrayna-Rusiya müharibəsinin danışıqlar yolu ilə həllində Respublikaçılar partiyasının namizədi Donald Trampı potensial olaraq daha uğurlu hesab edir. Belə ki, bu məsələdə respondentlərin 55 faizi sabiq prezidentə, 45 faizi isə ölkənin hazırkı vitse-prezidentinə ümid bəsləyir.
Oktyabrın 11-dən 13-dək keçirilən sorğuda 3 min 145 amerikalı iştirak edib.
Qeyd edək ki, Moskva sülh danışıqlarına başlamaq üçün Ukrayna qoşunlarının Rusiya tərəfindən ilhaq edilən ərazilərdən çıxmasını, Kiyevin NATO-ya üzvlük niyyətindən əl çəkməsini və Rusiyaya qarşı sanksiyaların ləğvini tələb edir.
Ukrayna ordusunun Kursk vilayətinə hücumundan sonra isə Rusiya Prezidenti Vladimir Putin Kiyevlə danışıqlar aparmağın mümkünsüz olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]