Şotlandiyada parlament seçkiləri keçirilir
London, 6 may, AZƏRTAC
Mayın 6-da Şotlandiyada parlament seçkiləri keçirilir.
AZƏRTAC xəbər verir ki, seçkilərdə Şotlandiya Milli Partiyası, Mühafizəkarlar Partiyası, Liberal Demokratlar Partiyası və Yaşıllar Partiyası iştirak edir.
Yerli vaxtla saat 7:00-da başlayan seçki saat 22:00-da başa çatacaq.
Ölkəyə yağan güclü qar insanların seçki məntəqələrinə getmələrinə maneə yaradıb. Bir çox vətəndaş isə poçt vasitəsilə səs vermək üçün qeydiyyatdan keçib. Koronavirus səbəbindən səslər bir gün sonra sayılacaq. Seçkilərin nəticələrinin isə mayın 8-də açıqlanması nəzərdə tutulur.
Ekspertlər seçkiləri Britaniyanın gələcəyi üçün həlledici hesab edirlər. Çünki nəticə Şotlandiyanın müstəqilliyi ilə bağlı ikinci referendumun keçirilib-keçirilməməsinə təsir göstərəcək.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]