“Standard Insurance” şirkətinin əmlaklarının satışı ilə bağlı təkrar hərrac keçiriləcək
Bakı, 18 oktyabr, AZƏRTAC
Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkətinin Ləğvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil, onların ümumilikdə ilkin satış qiyməti olan 1 milyon 500 min manatdan 10 faiz aşağı olmaqla, yəni 1 milyon 350 min manata təkrar (növbəlilik qaydasında) açıq hərraca çıxarılıb.
ASC “Standard Insurance”ın Ləğvetmə komissiyasından AZƏRTAC-a bildirilib ki, təkrar hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən oktyabrın 22-si saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcək. Təkrar hərracda iştirak üçün satış qiymətinin 1 faizi, yəni 13 min 500 manat məbləğində beh hərracın təyin edildiyi tarixə bir iş günü qalanadək ödənilməlidir.
Hərracla bağlı daha ətraflı məlumatları isə https://e-herrac.com/advertisement/dasinmaz-emlak/tekrar-herracin-kecirilmesine-dair linkdən əldə etmək mümkündür.
Ləğvetmə komissiyası, həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]