Statistika Komitəsi: Azərbaycanda benzin və dizel istehsalı artıb
Bakı, 16 may, AZƏRTAC
Yanvar-aprel aylarında Azərbaycanda 667,8 min ton dizel yanacağı, 414,4 min ton avtomobil benzini, 73,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 191,6 min ton ağ neft, 23,5 min ton yanacaq mazutu, 14 min ton sürtkü yağları, 85,1 min ton neft bitumu və 88,1 min ton neft koksu istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 979,2 milyon manat olmaqla əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 0,3 faiz artıb.
Neft məhsullarından ağ neftin istehsalı 4,1 faiz, yanacaq mazutunun istehsalı 89,8 faiz azalıb. Avtomobil benzini, dizel yanacağı, sürtkü yağları, neft bitumun və neft koksunun istehsalı isə artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]