Statistika: yanvarda 13 milyon manatlıq kompüter və elektrik avadanlıqları istehsal edilib
Bakı, 18 fevral, AZƏRTAC
Yanvar ayında kompüter və elektron məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 13,0 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin yanvar ayı ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 23,2 faiz, elektrik avadanlıqlarının istehsalı isə 22,3 faiz azalıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 30,3 faiz, 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 37,3 faiz azalıb, məişət soyuducularının istehsalı 54,0 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]