Azərbaycan Dövlət İnformasiya Agentliyi

Su istehlakı qənaətcil rejimə keçməyi zəruri edir

Su istehlakı qənaətcil rejimə keçməyi zəruri edir

Bakı, 8 yanvar, AZƏRTAC

Qışın çoxdan girməsinə baxmayaraq, ölkənin bəzi regionlarda hələ qar yağmayıb. Bir neçə ildir ki, Azərbaycanda yağıntı miqdarının azalan istiqamətdə dəyişməsi müşahidə edilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, son 10-12 ildə Azərbaycan üzrə yağıntının miqdarı 1,6 dəfə çox azalıb. Əgər 2011-ci ildə ölkə üzrə orta yağıntı miqdarı göstəricisi 600 millimetr olubsa, 2016-cı ilə kimi dəyişmələrlə 579 millimetrə düşüb. Ümumi dəyişmə mənzərəsi azalan istiqamətə meyilli olub və 2022-ci ildə göstərici 375 millimetrə düşüb. Nəzəri olaraq 1 millimetr yağıntının göstəricisi 1 kvadratmetr əraziyə 1 litr yağış və qar suyunun düşməsinə bərabərdir. Bu, o deməkdir ki, əgər 2011-ci ildə Azərbaycanın hər kvadratmetrinə orta hesabla 606 litr yağıntı düşübsə, 2020-ci ildə həmin göstərici 38 faiz azalaraq 375 litr olub. Ekspertlər bu azalmanı normadan düşmə kimi qiymətləndirirlər. Norma kimi isə 1961-1990-cı illər üzrə Azərbaycan üçün 480 millimetrə bərabər olan orta çoxillik göstərici götürülür. 2020-ci ilin göstəricisi həmin səviyyədən 22 faiz aşağıdır. Bu isə Azərbaycanın yerli su mənbələrinin formalaşmasına azalan istiqamətdə təsir göstərir.

AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyevin dediyinə görə, Azərbaycanın yerli su ehtiyatlarının formalaşmasında yağıntının miqdarı əsas amillərdən biridir. Yəni son illərdə Azərbaycanın bir çox çaylarının yayda quruması, o cümlədən Kür çayının aşağı axarında səviyyənin aşağı düşərək çaya dəniz suyunun qarışması məhz yağıntının azalması ilə əlaqədardır: “Respublikanın çaylarında, o cümlədən su ehtiyatlarının formalaşmasında dağlıq ərazilərdə toplanan qar ehtiyatları çox böyük rol oynayır. Əsasən Böyük Qafqazın və Kiçik Qafqazın dağlıq ərazilərində xüsusən də dekabr, yanvar və fevral aylarında yağan qar gursululuq dövründə çayların sululuğunda mühüm əhəmiyyət kəsb edir. Yanvar və fevral ayları ölkəmizdə ən soyuq dövr sayılır. Həmin dövrdə dağlıq ərazilərdə yağan qar gursululuq dövründə çayların sululuğunda böyük rol oynayacaq”.

A.Verdiyev bildirib ki, bununla yanaşı, Azərbaycanın dağlarında yığılan qar və buzun miqdarının da çayların gursululuğuna təsiri var. Nəzəri cəhətdən qonşu ölkələrlə müqayisədə Azərbaycanın bu məsələdə bəxti gətirməyib. Məsələn, Böyük Qafqaz dağlarının Qara dəniz sahillərinə yaxın istiqamətində - Abxaziyada qar dəniz səviyyəsindən 2 min 800 metr yüksəklikdə ərimədən qalır. Hidroloqlar həmin hündürlüyə “qar xətti” deyirlər. “Qar xətti”ndən yuxarıda yaranan buzlaqlar ilboyu çayların sululuğunu təmin edirlər.

Böyük Qafqaz dağlarının Azərbaycan hissəsində isə “qar xətti” 3 min 900 metrdədir. Bu isə ölkədə buzlaq sahəsinin Gürcüstanla müqayisədə nisbətən az olmasına səbəb olur. Azərbaycan buzlaqlarının ümumi sahəsi 20 kvadratkilometrə yaxındır. Ölkənin ən böyük buzlağı dəniz səviyyəsindən 4 min 466 metr yüksəklikdə yerləşən Bazardüzü zirvəsindədir, sahəsi 3,62 kvadratkilometrdir. Daha sonra 4 min 243 metr yüksəklikdə yerləşən Şahdağ zirvəsindəki buzlaq gəlir və onun sahəsi 1,08 kvadratkilometrdir. Üçüncüsü isə dəniz səviyyəsindən hündürlüyü 4 min 126 metr olan Bazaryurd buzlağıdır və onun sahəsi 1 kvadratkilometrdir. Sahələri kiçik olsa da, buzlaqlar Azərbaycanın yerli çaylarının qidalanmasında mühüm rol oynayırlar və onların su rejiminə ciddi təsir edirlər. Buna görə də onların öyrənilməsinə hələ 1930-cu illərdən başlanılıb və mütəmadi ekspedisiyalar təşkil edilib. Son ekspedisiya ötən əsrin 70-ci illərində olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin mütəxəssisləri tərəfindən 2015-ci ildə həmin ekspedisiyalar yenidən bərpa edilib. İlk səfər dəniz səviyyəsindən 4 min 191 metr hündürlükdə yerləşən Tufandağ buzlağına edilib. 2015-ci il avqustun 13-15-də dəniz səviyyəsindən 3 min 755 metr yüksəklikdə aparılmış araşdırmalar zamanı buzlağın sahəsi 1970-ci illərlə müqayisədə azalıb. Üzərində çatlar yaranıb və buzlaq dili 10-13 metr geri çəkilib. Buzlaqların sahəsinin qorunmasına hər il yağan qarın da təsiri olur. Buna görə də ETSN tərəfindən hər qış yağan qarın monitorinqi aparılır.

“Dağlıq ərazilərdə toplanan qar ehtiyatlarının müəyyən edilməsi üçün hər ilin mart ayının birinci yarısında Böyük və Kiçik Qafqazın, o cümlədən Qarabağ və Şərqi Zəngəzur zonasının, Naxçıvan Muxtar Respublikasının dağlıq ərazilərində 31 marşrut üzrə qarölçmə işləri aparılır. Onun nəticələri əldə edilib təhlil və hesablamalar aparılandan sonra martın sonunda gursululuq dövründə proqnoz hazırlanaraq müvafiq qurumlara təqdim edilir”,- deyə Asif Verdiyev bildirib.

Mütəxəssislərin ortaya çıxardığı azalma dinamikası Azərbaycanda suyun istehlakı ilə bağlı daha qənaətcil rejimə keçməyə vadar edir. Statistikaya görə, 2022-ci ildə Azərbaycanda su istehlakı 10,5 milyard ton təşkil edib. Həmin suyun təxminən 7, 5 milyard tonu kənd təsərrüfatında istehlak edilib, 3 milyard tona yaxın su isə əhalinin və sənayenin ehtiyaclarına sərf olunub. Araşdırmalar göstərir ki, Azərbaycan kənd təsərrüfatında istehlak edilən su dörd dəfədən çox azalda bilər. Məsələn, suların 40 faizi ilə, təxminən 3 milyard ton su torpaq kanallarında itir, yəni sahələrə yalnız 4,5 milyard ton su çatır. Amma sahələrin əksəriyyəti selləmə üsulu ilə suvarılır və bu zaman su itkisi 60 faizdən çox olur. Yəni həmin sahələri 1,8 milyard ton su ilə də suvarmaq olar. Aqrar sektorun su istehlakını həmin səviyyəyə endirmək üçün böyük işlər görülməli, sahəyə iri sərmayələr yatırmalı və innovativ suvarma texnologiyalar cəlb edilməlidir. Bu, qarşıdan gələn illərin əsas trendinə çevrilməlidir. Əks halda azalan su ehtiyatları ilə artan əhalinin tələbatını ödəmək çətin olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb