SUMQAYIT BƏLƏDİYYƏSİNİN KUBOKU UĞRUNDA
Sumqayıt bələdiyyəsinin sədri Əbülfəz Babayev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, yerli özünüidarə orqanları şəhərin bütün yaşayış massivlərində fəaliyyət göstərən 105 məhəllə komitəsi yaratmışlar. Onlar böyüməkdə olan nəsil üçün təsdiq edilmiş plan əsasında müxtəlif tədbirlər həyata keçirirlər. 11-13 yaşlı uşaqlar arasında bələdiyyə kuboku uğrunda futbol turniri şəhərdə ilk dəfə keçirilir. İki ay ərzində 20 komanda gərgin mübarizə şəraitində mübarizə aparmışdır. Sumqayıtın 4-cü mikrorayonunun məhəllə komitəsinin komandası qalib gəlmişdir. Bu cür yarışları ənənəvi olaraq hər il yay tətilləri zamanı təşkil etmək qərara alınmışdır.
Bələdiyyənin sədri demişdir ki, turnirin uğurlu keçirilməsi üçün hər cür şərait yaradılmışdı. Bütün iştirakçılara idman geyimləri, komandalara isə top hədiyyə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]