Sumqayıt Kimya Sənaye Parkında bu il daha bir müəssisənin istifadəyə verilməsi planlaşdırılır
Bakı, 20 fevral, AZƏRTAC
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Novus Plastica” MMC-nin polimer materialların emalı müəssisəsində tikinti işləri yekunlaşmaq üzrədir.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, müəssisənin investisiya dəyəri 11 milyon manatdan çoxdur. Layihə üzrə indiyədək görülən işlərə artıq 7,8 milyon manatdan çox sərmayə qoyulub və işlərin təqribən 70 faizi tamamlanıb. Əlliyədək insanın daimi işlə təmin ediləcəyi müəssisədə iki növdə - polietilen borular üçün qara karbon konsentrat qatqısının və sənaye sahəsində qablaşdırmada istifadə ediləcək polietilen örtüklərin istehsalı həyata keçiriləcək. İtaliyanın qabaqcıl texnologiyalarının tətbiq olunacağı müəssisədə istehsal edilən məhsulların daxili bazarda satışı ilə yanaşı, Türkiyə, MDB ölkələrinə ixracı da planlaşdırılır.
Müəssisənin 2023-cü ilin birinci yarısında fəaliyyətə başlaması nəzərdə tutulur.
Qeyd edək ki, “Novus Plastica” MMC-yə 2020-ci ilin avqust ayında Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Sənaye müəssisəsi idxalın əvəzlənməsində və ixrac potensialının genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]