Sumqayıt Kimya Sənaye Parkının rezidenti beynəlxalq konfransda iştirak edib
Bakı, 10 iyun, AZƏRTAC
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Baku Non Ferrous and Foundry Company” MMC-nin əməkdaşları Amsterdam şəhərində “Ferroərintilərin istehsalı“ mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak ediblər.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, İngiltərənin biznes-konsalting şirkəti olan “CRU International Ltd” tərəfindən təşkil edilmiş konfransın keçirilməsində məqsəd ferroərintilərin istehsalı sahəsində fəaliyyət göstərən şirkətləri və onların alıcılarını bir araya gətirməkdir.
Qeyd edək ki, “Baku Non Ferrous and Foundry Company” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və Sənaye Parkının ərazisində ferrosilisiumun müxtəlif növlərinin istehsalını həyata keçirir. İndiyədək müəssisədə 80 milyon manata yaxın məhsul edilib, bunun 85 faizdən çox hissəsi ABŞ, Almaniya, Kanada, Hollandiya, BƏƏ, Estoniya və sair ölkələrə ixrac edilib. İnvestisiya dəyəri 33 milyon ABŞ dolları olan müəssisədə 190 nəfər daimi işlə təmin edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]