Sumqayıtda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib
Sumqayıt, 10 may, AZƏRTAC
Mayın 10-da Sumqayıtda ağır yol qəzası baş verib.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində “Mercedes” markalı minik avtomobili ilə “Shacman” markalı yük avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 5 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:27]
Naxçıvanda əsas kapitala 65 milyon manata yaxın investisiya yönəldilib
- 11.06.2026 [12:20]
Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
- 11.06.2026 [12:16]
Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb
- 11.06.2026 [08:46]
Lənkəranda güləş festivalı idmansevərləri bir araya gətirib
- 10.06.2026 [22:22]