Sumqayıtda Gənclər Klubu yaradılıb
Sumqayıt, 21 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Gənclər Evində bir qrup ictimai-fəal gəncin təşəbbüsü ilə yaradılan "Sumqayıt Gənclər Klubu"nun təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində əvvəlcə İdarə heyətinin üzvləri Tunar Əhmədzadə, İsmayıl Məmmədov klubun yaranma məqsədindən, fəaliyyət planından və gələcək hədəflərdən danışıblar.
Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi Pərvin Rəsulov, Gənclər Evinin direktoru Pəri Vəliyeva və digərləri çıxışlarında klubun dövlət gənclər siyasətinin istiqamətlərinə uyğun təşəbbüslərinin dəstəklənəcəyini bildirib və gənclərə uğurlar arzulayıblar.
Sonda klubun fəaliyyət istiqamətlərinə dair videoçarx nümayiş etdirilib.