SUMQAYITDA QANUNSUZ KÜÇƏ TİCARƏTİNƏ SON QOYULMUŞDUR
AZƏRTAC xəbər verir ki, Sumqayıtda küçə ticarətini qaydaya salmaq üçün təsirli tədbirlər görülmüşdür. 20 Yanvar küçəsindəki “Karvan” ticarət mərkəzinin yaxınlığında və 9-cu mikrorayondakı “Şərq bazarı” ticarət mərkəzinin ətrafında yaranmış vəziyyət nəqliyyatın hərəkətinə mane olur, şəhərin görünüşünə xələl gətirirdi. İndi isə pərakəndə satışla məşğul olan qanunsuz obyektlər ləğv edilmişdir. Bütövlükdə isə şəhərdə qanunsuz küçə ticarətinə son qoyulmuşdur.