Azərbaycan Dövlət İnformasiya Agentliyi

Suqovuşana həyat yenidən qayıdır - REPORTAJ VİDEO

Suqovuşan, 26 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Növbəti səfərimiz şanlı Azərbaycan Ordusu tərəfindən oktyabrın 3-də işğaldan azad edilmiş Suqovuşan kəndinədir. Avtomoibilimiz yeni inşa edilmiş Tərtər-Suqovuşan-Talış yolu ilə şütüyür. Düzənlikdən dağlara doğru irəlilədikcə müxtəlif relyef formalarını seyr edə-edə azadlığa qovuşmuş Vətən torpağına tez çatmaq üçün səbirsizlənirəm. Nəhayət, dağlar qoynunda yerləşən Suqovuşan kəndinə çatırıq.

Suqovuşan kəndi 1990-cı illərin əvvəllərində Ermənisan silahlı birləşmələri tərəfindən işğal edilmişdi. Kənd müzəffər ordumuz tərəfindən azad ediləndən sonra buraya Tərtər şəhərindən yeni asfalt yol çəkilib. Sevinc və iftixar hissi ilə kəndi gəzirik. Dalğalanan üçrəngli bayrağımız hər birimizdə qürur hissi doğurur. Kənddə təmir-bərpa və abadlıq işləri həyata keçirilir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun işğaldan azad etdiyi digər yaşayış məntəqələrimiz kimi, Suqovuşana da həyat yenidən qayıdır. Çox keçməyəcək ki, Suqovuşan sakinləri doğma kəndlərinə dönəcəklər.

Suqovuşan sakini - Bu gün xəyyallarımız, ümidlərimiz gerçəkləşir

Kənd sakini Xaliq Hümbətov Suqavuşanın işğaldan azad edilməsi, kəndə yol çəkilməsi ilə xəyalların, ümidlərin gerçəkləşdiyini bildirdi: “Kəndimiz işğaldan azad olunandan sonra yol çəkilişinə başlanıldı. Bu yol xayalların, ümidlərin yoludur. Bu gün xayallarımız, ümidlərimiz gerçəkləşir. Əvəzolunmaz bir hissdir. Məcburi köçkün kimi indi anlayırıq ki, Vətəndən gözəl heç nə yoxdur. Vətən insana anadır, hətta anadan da əzizdir. Çox sevinirik. Bura gəlib dağlara baxıram. Dağlar o qədər əziz gəlir. Əgər dağların dili olsaydı danışmaq istəyər ki, neçə illərdir yağı düşmən tapdağında idi. Düşmən bizim sularımızı kəsirdi, torpaqlarımızı əkib-becərib gəlirini Ermənistana aparırdı. Bu gün şükür Allaha, ən böyük arzumuza çatmışıq. İndi kəndimizin sakinləri Suqovuşana qayıdacaqları günü gözləyir. Kəndimizin hər bir sakininin xəyalı var ki, gəlib quruculuqla məşğul olsun. Biz bu müharibəni hamılıqla udduq. Əsgərə məktub yazan altı yaşlı uşaqlarımızla, evdə əsgərlər üçün əlcək, isti paltarlar toxuyan ana-bacılarımızla, öz dualarını əskik etməyən insanlarımızla biz qalib gəldik. Biz bundan sonra bu torpaqları daha çox qorumalıyıq, burada yaxşı işlər görməliyik, çalışmalıyıq ki, bizim bu yerlər al-əlvan olsun”.

Hərbçilərimiz qələbə əhval-ruhiyyəsi ilə xidmət aparır

Azərbaycan əsgəri qəhrəmanlıq və şücaət göstərərək işğaldan azad etdiyi Vətən torpaqlarında xidmətini yüksək əhval-ruhiyyə ilə aparır. Suqovuşanda əsgərlərlə söhbət edərkən hər birində yenilməz əzmin, məğrurluğun, Vətən sevgisinin və qələbə sevincinin şahidi olduq. Əsgər Ruslan İsmayılzadə Vətən müharibəsinin iştirakçısı olduğu, torpaqlarımızın azad edilməsində iştirak etdiyi üçün qürur duyduğunu bildirib: "Mən fəxr edirəm ki, Azərbaycan Ordusunda xidmət edirəm. Sağ olsun Prezidentimiz, bu qalibiyyəti bizə yaşatdı. Qalib olduğumuz üçün əhval-ruhiyyəmiz də yüksəkdir. Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır".

Əsgər Aqil İslamzadə isə deyib: "Ağdam rayonunun Yusifcanlı kəndindənəm. Kəndimizi görməsəm də, həmişə həsrəti ilə yaşayırdıq. Çox şükür ki, torpaqlarımızı işğaldan azad etdik. Mən özüm Suqovuşan və Talış kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Bunun üçün fəxr edirəm. Bu gün də burada xidmət edirəm. Qalibiyyətlə bitən Vətən müharibəsində iştirak etdiyim üçün qürurluyam".

Hərbi qulluqçularla söhbət zamanı bir daha şahidi olduq ki, Vətən müharibəsinin qəhrəmanları azad etdikləri doğma torpaqlarımızda xidmətlərini qələbə əhval-ruhiyyəsi ilə aparırlar.

Su anbarının işğaldan azad edilməsi ilə susuz qalan torpaqlara yeni həyat gəlib

Suqovuşanın müzəffər ordumuz tərəfindən azad edilməsi həm siyasi, mənəvi, həm də iqtisadi baxımdan əhəmiyyətlidir. Belə ki, kənd ərazisində su anbarı və ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyaları var. 1976-cı ildə istismara verilən Suqovuşan su anbarı Tərtərçay və Turaqaçay çaylarından daxil olan suların hesabına formalaşır. Ümumi həcmi 5,86 milyon kubmetr olan su anbarından Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarının ümumilikdə 96 min 217 hektar torpaq sahələrinin suvarma suyu ilə təmin edir. 28 il ərzində Suqovuşan su anbarı işğal altında olduğundan torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Suyun buraxılmaması Tərtərçayda kəskin ekoloji problemlər də yaratmışdı. Suqovuşan su anbarından Tərtərçaya suyun verilməsinin təmin olunması ərazidə ekoloji tarazlığın bərpa edilməsi ilə yanaşı, uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi, burada gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaradacaq.

Artıq Suqovuşan su anbarından Tərtərçaya suyun buraxılması nəticəsində Tərtər, Goranboy, Bərdə və Yevlax rayonlarına suyun verilməsi təmin olunub. Bu isə o deməkdir ki, ermənilərin ekoloji terroru səbəbindən 30 ilə yaxındır ki, susuz qalan torpaqlara yeni həyat gəlib.

Suqovuşanın turizm potensialı böyükdür

İşğaldan azad edilmiş Suqovuşan kəndi turizm potensialı ilə seçilən ərazilərdəndir. Kəndin saf dağ iqlimi, gözəl təbiət mənzərələri, Tərtərçayın kənarında yerləşməsi, tarixi abidələri, su anbarı burada turizmin inkişafı üçün çox əlverişlidir. Sadaladığımız bu amillər, eyni zamanda, kəndə gedən avtomibil yolunun yenidən qurulması gələcəkdə Suqovuşanın turizm məkanı kimi şöhrət tapacağına zəmin yaradır. Əminik ki, gözəl Qarabağımızda, o cümlədən Suqovuşanda tezliklə turizm inkişaf edəcək.

Suqovuşana həyat yenidən qayıdır - REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb