CƏMİYYƏT
Suraxanıda şəhidlərin xatirəsinə həsr edilən “Ucal, bayrağım” adlı tədbir keçirilib
![](/files/galleryphoto/2022/2/1200x630/w_1616596240753716535188_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/w_1616596240763153927105_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/w_1616596240764684657146_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/w_1616596240766858250_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/w_161659624164496661507_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/w_1616596241643538412401_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/w_161659624165362722874_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/w_1616596241654609144791_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/w_161659624165111042629_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/w_161659624165348763215_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/w_161659624165611045290_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/w_161659624165616913822_1200x630.jpg)
Bakı, 4 avqust, AZƏRTAC
İri şəkilləri məclisin baş tərəfinə vurulmuş şəkil kimi oğlanlar... Bu şəkillərdən boylanan xoşsimalı, təbəssümlü, boy-buxunlu, lay divar kimi igidlər indi əbədiyyətə qovuşublar. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan həmin igidlər sıralarımızda olmasa da, qəhrəmanlıqları, əməlləri, xatirələri həmişə bizimlədir...
AZƏRTAC xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə şəhid ailələri və ziyalıların iştirakı ilə keçirilən “Ucal, bayrağım” tədbirində elə onların keçdiyi döyüş və həyat yolundan danışılıb.
Dövlət Himni səsləndiriləndən və Qarabağ uğrunda döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidlərinin göstərdikləri şücaət və fədakarlıqdan bəhs olunub, ayrı-ayrı gənclərin bu yolda nümayiş etdirdiyi cəsurluq nümunələri xatırlanıb.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Suraxanı YAP-ın Ağsaqqallar Şurasının sədri Arif Babayev şəhid adının ucalığı və müqəddəsliyindən, rayonda şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, onların xatirəsinin əbədiləşdirilməsi üçün görülən işlərdən bəhs ediblər.
Şəhid atası Əlixan Əliyev, Tofiq Rzayev, şəhid anası Gülümnaz Fərhadlı, Xatirə Məhərrəmova, şəhid qardaşı Elnur Şükürlü, Vətən müharibəsi iştirakçıları Faiq Mustafayev, Qeys Əliyev, yazıçı Seyran Səxavət və başqaları çıxış edərək Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən, müqəddəs yolda canlarını fəda edən xalqımızın vətənpərvər övladlarına göstərilən dövlət qayğısı və onlara olan ehtiramdan danışıblar.
Tədbir iştirakçılarına Gülxar Əmrahqızının “İstəmirəm kəndimizə şəhid gəlsin” kitabı paylanılıb, müəllifin şəhid Xəyyam Əliyevə və Fərhad Fərhadlıya həsr etdiyi şeirlərə bəstələnmiş mahnılar ifa olunub, şeirlər səsləndirilib.