Sürücünü bıçaqla hədələyərək pulunu alıblar
Bakı, 26 aprel, AZƏRTAC
Nizami rayonunda sürücünü bıçaqla hədələyərək pulunu alıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 25-də saat 2 radələrində Nizami rayonu ərazisində “BYD” markalı avtomobildə olan 2 sərnişinin sürücünü bıçaqla hədələyib 550 manatını quldurluq yolu ilə talamaları barədə polisə məlumat daxil olub.
Quldurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər - Masallı rayon sakini Renat Şahbazov və Bakı şəhər sakini Elbrus Ələkbərov Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müəyyən olunaraq saxlanılıblar.
Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:26]
Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər
- 07.08.2026 [17:17]
Kənd Təsərrüfatı Nazirliyində qanvermə aksiyası baş tutub
- 07.08.2026 [16:25]
Baş prokuror Laçın və Qubadlı rayonlarında olub
- 07.08.2026 [16:24]
Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub
- 07.08.2026 [15:46]