Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşada Milli Məclisin iki komitəsinin birgə dinləmələri keçirilib

Bakı, 27 aprel, AZƏRTAC

Aprelin 27-də Şuşada Milli Məclisin daha iki komitəsinin - İctimai birliklər və dini qurumlar və İnsan hüquqları komitələrinin birgə dinləmələri keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Milli Məclisin sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli gündəlikdəki məsələlər barədə məlumat verib.

Bildirib ki, birgə dinləməyə üç mövzu çıxarılıb. Gündəliyin təsdiqindən sonra Fəzail İbrahimli “İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlər” mövzusunu təqdim edib.

Milli Məclis sədrinin müavini mövzunun əhəmiyyətindən danışıb. Bildirib ki, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfər son iki yüz illik dövlətçilik tariximizin ən böyük təntənəsi, milli maraqlara və bəşəri dəyərlərə söykənən dövlət siyasətinin, müdrik rəhbərliyin məntiqi nəticəsidir.

Fəzail İbrahimli diqqətə çatdırıb ki, Azərbaycan heç zaman indiki kimi güclü və müstəqil olmayıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və gərgin əməyi nəticəsində rəşadətli Azərbaycan Ordusu uzun illər işğalda qalan torpaqlarımızı azad edib. Doğmalarına qovuşmuş Şuşa indi bir sıra möhtəşəm tədbirlərə, o cümlədən Dünya Azərbaycanlılarının Qurultayına və Milli Məclisin tədbirlərinə ev sahibliyi edir. O, bu tədbirlərin Şuşada keçirilməsinin böyük siyasi, mənəvi, ictimai və hüquqi əhəmiyyətindən danışıb.

Sonra “Böyük Qayıdış və reinteqrasiya: məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsində beynəlxalq hüququn və humanitar təsisatların yeri və rolu” mövzusunu İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmov təqdim edib. O, Prezident İlham Əliyevin 2022-ci ili ölkəmizdə “Şuşa İli” elan etməsini beynəlxalq hüququn təntənəsi adlandırıb, bu qərarın həm beynəlxalq, həm milli çərçivədə hüquqi, regional və humanitar nəticələri barədə danışıb.

Deputat Ermənistanın apardığı təcavüz siyasətini, keçmiş işğal bölgəsində yaşayış üçün bütün şəraitin, infrastrukturun yararsız hala salınmasını, kənd təsərrüfatı, sənaye və digər formalaşmış istehsalat sahələrinin, o cümlədən vətəndaşlara məxsus əmlakın tam şəkildə dağıdılmasını beynəlxalq hüququn pozuntusu kontekstində qiymətləndirib.

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə görülən işlərin məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün şərait yaratmağa xidmət etdiyini vurğulayıb.

Tədbirdə “Şuşa İli” Qarabağda Zəfərin davamı kimi: beynəlxalq hüquqi, regional və humanitar nəticələr” mövzusunu isə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Məmmədov təqdim edib. Deputat Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən cari ilin “Şuşa İli” adlandırılmasının siyasi, hüquqi əsaslarından bəhs edib, bu qərarı postmünaqişə dövrünün reallıqları, regionda və dünyada baş verən hərbi-siyasi, geostrateji dəyişikliklər kontekstində dəyərləndirib. O, Azərbaycan dövlətinin XXI əsrdə dünyada baş verən kardinal dəyişikliklərə adekvat siyasət yürütməsindən və bu siyasətin regional və qlobal çağırışlara cavab verməsindən danışıb, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin yaratdığı yeni reallıqların dünya nizamına təsiri barədə fikirlərini bölüşüb.

Təqdimatlardan sonra Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edib. Komitə sədri bu günədək keçilən 30 illik yola nəzər salıb. O, gündəliyin mövzuları barədə fikirlərini açıqlayaraq komitələrin birgə dinləmələrinin mövzularını “Şuşa gündəliyi” kimi dəyərləndirib. Şuşanın ölkənin ictimai-siyasi həyatındakı yerinə, roluna toxunan komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin azad edilmiş torpaqlara, xüsusən də Şuşaya səfərlərindən söz açıb, Şuşa tribunasının Azərbaycanın və regionun gündəliyinə təsirlərindən danışıb.

Son 30 ildə Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasının acı nəticələrindən və miqyasından bəhs edən komitə sədri bir milyona yaxın məcburi köçkünün doğma yurd-yuvalarına qayıtması, Böyük Qayıdış prosesinin daha da sürətləndirilməsi, regional iqtisadi-ticarət layihələrinin dəstəklənməsi, sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı fikirlərini açıqlayıb.

İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli, deputatlar Anar İsgəndərov, Jalə Əhmədova, Cavanşir Paşazadə, Razi Nurullayev, Elman Nəsirov, Ceyhun Məmmədov, Azər Badamov, Malik Həsənov, Elşad Mirbəşir oğlu, Naqif Həmzəyev mövzularla bağlı çıxış edərək fikirlərini bildiriblər. Deputatlar Şuşanın tarixən Cənubi Qafqazda tutduğu geostrateji mövqeyindən, Azərbaycanın ictimai-siyasi, mədəni, dövlətçilik həyatındakı rolundan danışıblar.

Qeyd edilib ki, tariximizin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən 44 günlük Vətən müharibəsində qazandığımız Qələbənin əsasında Azərbaycan Prezidentinin uzaqgörən və praqmatik siyasəti, Ali Baş Komandanın ətrafında bir “Dəmir yumruq” kimi birləşən xalq-ordu birliyi dayanır.

Deputatlar düşmənin işğal etdiyi bütün ərazilərdə dini ibadət ocaqlarımızı və tarixi abidələrimizi yerlə-yeksan etdiyini xatırladaraq, bu vandallığı böyük bir xalqın mədəniyyət tarixinə vurulan ağır zərbə kimi xarakterizə ediblər.

Dinləmələrə yekun vuran Milli Məclis sədrinin müavini Fəzail İbrahimli bildirib ki, Şuşa tarixən bizim mənəvi dünyamızın, mədəniyyətimizin, dövlətçiliyimizin mərkəzi, qəhrəmanlığımızın rəmzi olub. Şuşa həmişə düşmənə sinə gərib, işğalçılar qarşısında sipər olub. Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq işləri həyata keçirilir. Məqsəd həmin torpaqlara qayıdacaq insanlar üçün bütün imkanların yaradılmasıdır. İşğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı quruculuq işlərinin aparılması üçün dövlət büdcəsində quruculuq işləri ilə bağlı böyük məbləğdə vəsaitlər nəzərdə tutulub.

Bununla da Milli Məclisin İctimai birliklər və dini qurumlar və İnsan hüquqları komitələrinin Şuşa şəhərində keçirilən birgə dinləmələri başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb