Şuşanın enerji təchizatının etibarlı və müasir formada qurulması üçün işlər davam edir
Şuşa, 21 oktyabr, AZƏRTAC
Şuşa şəhərinin əsas enerji təchizatının etibarlı və müasir formada qurulması üçün işlər sürətlə davam edir.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “Azərişıq” ASC tərəfindən eyni zamanda hər biri 5 MVA olan 5 transformator yarımstansiyası tikilir. Boru içində ümumi uzunluğu 30 kilometr olan 35 Kv-lıq yeraltı kabellər çəkilir.