Azərbaycan Dövlət İnformasiya Agentliyi

TACİKİSTAN PREZİDENTİ EMOMƏLİ RƏHMONUN BƏYANATI

-Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri!

Bu gün Tacikistan Respublikası dövlət nümayəndə heyətinin Azərbaycana ilk rəsmi səfəri çərçivəsində həm ikitərəfli, həm də regional və beynəlxalq xarakterli məsələlərin geniş spektri üzrə konstruktiv və maraqlı fikir mübadiləsi oldu. Biz ölkələrimiz arasında əməkdaşlıq sahələrinin axtarışına və daha da inkişaf etdirilməsinə yönəlmiş daimi siyasi dialoqumuzu davam etdirdik.

Heç şübhəsiz, bizim müntəzəm siyasi əlaqələrimiz gələcəkdə də davam edəcəkdir. Bu gün biz razılığa gəldik ki, təkcə rəsmi səviyyədə deyil, zəruri hesab etdiyimiz hallarda qeyri-rəsmi, işçi şəraitdə də görüşəcəyik. 10-12 sənəd, saziş və ya bəyanat qəbul etmək vacib deyil. Sadəcə olaraq, əyləşib söhbət etməyə, xüsusən ticari-iqtisadi əməkdaşlıq sahəsində inteqrasiya məsələlərini həll etmək üçün vaxt tapmaq olar. Axı, məsafə o qədər də böyük deyil - təyyarə ilə cəmi iki saat uçmaq lazımdır.

Ölkələrimizin ikitərəfli münasibətlərinin inkişafı bütövlükdə müsbət dinamikaya malikdir. Mart ayında Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin Tacikistana səfərindən sonra bu münasibətlər zəruri təkan almışdır. Tərəflər əmtəə dövriyyəsini artırmaq, müştərək iqtisadi layihələri həyata keçirmək, bütün istiqamətlərdə sıx əməkdaşlığı tənzimləmək üçün mövcud imkanlardan daha dolğun istifadə etməyi qərara almışlar. Mən deyərdim ki, bu ilin birinci yarısında əmtəə dövriyyəsinin bir neçə faiz azalmasına baxmayaraq, o, artacaqdır. Bu gün biz xüsusən, əlvan metallurgiya, neftin və qazın hasilatı və emalı, başqa istiqamətlər üzrə uzunmüddətli iqtisadi əməkdaşlıq barədə razılığa gəldik. Buna görə də proqnozlaşdırırıq ki, yaxın 5 ildə ticari-iqtisadi əməkdaşlıq səviyyəsini 700 milyon dollardan artıq səviyyəyə çatdıra bilərik.

Biz humanitar sahədə əməkdaşlığı inkişaf etdirməyin tərəfdarı olduğumuzu bildirdik. Bütün bu məsələlər yaxın vaxtlarda işə başlayacaq hökumətlərarası komissiyanın əməli fəaliyyətinin predmeti olacaqdır. Bu gün müqavilə-hüquqi bazanın təkmilləşdirilməsinə və möhkəmlənməsinə yönəlmiş bir sıra sənədlər imzalandı. Bu bazanın əsasını Düşənbədə imzalanmış dostluq və əməkdaşlıq haqqında müqavilə təşkil edir.

Tacikistan-Azərbaycan danışıqlarının gedişində biz başqa məsələlərə də toxunduq. Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və digər beynəlxalq və regional birliklər çərçivəsində qarşılıqlı fəaliyyətin problemlərini və perspektivlərini müzakirə etdik.

Biz öz regionlarımızdakı vəziyyəti də müzakirə etdik və demək istəyirəm ki, həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada və onların ətrafında regional sabitliyə təhlükə və meydan oxunmasının hələ də davam etməsi barədə fikirlərimiz üst-üstə düşür. Tacikistan müharibənin bütün dəhşətlərindən keçmiş bir ölkə kimi bütün mövcud münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin də sülh yolu ilə tənzimlənməsi prinsiplərinə sadiqdir.

Sevindirici haldır ki, aşkar çətinliklərə baxmayaraq, münaqişə tərəfləri də dialoqu davam etdirmək əzmindədirlər. ATƏT-in Minsk qrupunun həmsədrlərinin xüsusi nümayəndələri təsisatının yaradılması, heç şübhəsiz, danışıqlar prosesinin intensivləşdirilməsinə şərait yaradacaqdır. Minsk qrupunun sonuncu bəyanatı da nikbinliyə əsas verir. Bununla belə, son söz iki ölkənin və onların liderlərinindir.

Onların hər ikisinə bələd olduğuma görə əminəm ki, Cənubi Qafqazda sülhün və sabitliyin qorunub saxlanması üçün nə lazımdırsa edəcəklər. Bu, planetimizin bu mühüm regionunda yaşayan bütün xalqların mənafeyinə uyğundur.

İran ətrafında gərginlik barəsində onu demək istəyirəm ki, dili və mədəniyyəti bizimlə bağlı olan bu ölkənin taleyinə biganə qala bilmərik. Biz əminik ki, yalnız siyasi-diplomatik vasitələrdən istifadə etməklə bütün ağrılı məsələləri həll etmək mümkündür.

Bütövlükdə demək istəyirəm ki, biz səfərin gedişindən, baş tutmuş dialoqdan razıyıq. Bu dialoqla iki dost ölkə - Tacikistan və Azərbaycan bizim münasibətləri keyfiyyətcə daha yüksək səviyyəyə çatdırmaq üçün bütün mövcud potensialdan istifadə etmək əzmində olduqlarını təsdiqlədi.

Mən möhtərəm İlham Heydər oğlunu bu il oktyabrın əvvəlində MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbəyə işgüzar səfərə dəvət etdim. Fikrimcə bu, qısa müddətdə bir daha görüşmək, iki qardaş ölkə arasında iqtisadi əməkdaşlığı inkişaf etdirməyə imkan verən bu gün imzalanmış sanballı sazişlərin - hüquqi bazanın həyata keçirilməsinin gedişini müzakirə etmək üçün yaxşı fürsətdir.

Sağ olun.

X  X  X

Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər.

- Mənim sualım Azərbaycan Respublikasının Prezidentinədir. Bu gün Tacikistan həm yaxın, həm də uzaq xaricdəki sərmayədarların çox böyük marağına səbəb olan investisiya layihələrinin geniş spektrini təklif edir. İqtisadi baxımdan Azərbaycanın çox böyük potensialını nəzərə alaraq, Siz hidroenergetika, filizçıxarma, neft-qaz və başqa sahələrdə bu cür layihələrin həyata keçirilməsində iştirak etmək niyyətindəsinizmi?

İLHAM ƏLİYEV: Biz bu məsələni bu gün Emoməli Şərifoviçlə söhbətimiz zamanı müzakirə etdik. Biz qəti qərara almışıq ki, Tacikistandakı investisiya layihələrində fəal iştirak edək. Bu gün biz qərara aldıq ki, Azərbaycan Neft Şirkətinin bir qrup mütəxəssisi sizin ölkədə neft-qaz əməliyyatları aparmağın mümkünlüyünü öyrənmək üçün lap yaxın vaxtlarda Tacikistana səfər etsin.

Azərbaycanın bu sahədə xarici şirkətlərlə əməkdaşlıq təcrübəsi zəngindir. Onun öz təcrübəsi də var, axı, Azərbaycan neftin vətənidir. Sənaye üsulu ilə neftçıxarma, eləcə də dənizdəki yataqlardan neft hasil edilməsi ilk dəfə bizim ölkədə başlanmışdır. Bu gün biz neft-qaz hasilatını artırırıq, neft və qaz çıxaran iri ölkəyə çevrilirik. Sizin ölkənizdə investisiya layihələri həyata keçirmək üçün bizim maliyyə imkanlarımız da var, xalis texniki imkanlarımız da, ən başlıcası - kommersiya marağımız da.

İqtisadiyyatın başqa sahələrinə gəldikdə isə, biz bilirik ki, Tacikistanda cəlbedici layihələr çoxdur və əminəm ki, məhz yaradılacaq müştərək iqtisadi əməkdaşlıq komissiyası çərçivəsində hansı konkret sahələrə sərmayə qoymaq məsələləri ətraflı işlənib hazırlanacaq və müzakirə ediləcəkdir. Bir daha demək istəyirəm ki, məsələnin maliyyə tərəfi bizim üçün problem deyil. Bizim kifayət qədər maliyyə vəsaitimiz var. Biz beynəlxalq maliyyə təsisatları ilə də çox fəal iş aparırıq. Azərbaycanın kredit reytinqi artmaqdadır. Buna görə də biz prinsip etibarilə investisiya layihələri üçün sanballı vəsait cəlb edə bilərik.

Fikrimcə, bu sahədə fəaliyyətin ilk nəticələri yaxın vaxtlarda görünəcəkdir.

- Mənim sualım Tacikistan Prezidentinədir. Hörmətli cənab Prezident, Sizin fikrinizcə, bu səfəriniz Azərbaycan ilə Tacikistan arasında siyasi əlaqələrin inkişafında nə kimi rol oynayacaqdır?

EMOMƏLİ RƏHMON: Bizim ölkələrimiz bir sıra beynəlxalq və regional təşkilatların - BMT, ATƏT, İKT, MDB, İƏT təşkilatlarının, eləcə də beynəlxalq maliyyə təsisatlarının üzvüdür. İqtisadi inkişafın yenicə sürətləndiyi vaxtları yaxşı xatırlayıram, o vaxt Azərbaycanla biz praktiki olaraq eyni vəziyyətdə idik. Burada çoxsaylı layihələr həyata keçirilirdi, sonra biz onları öyrənirdik, həmin layihələr beynəlxalq maliyyə təsisatları tərəfindən də öyrənilir, sonra Tacikistanda həyata keçirilirdi.

İndi vəziyyət tamam başqadır. Azərbaycanın iqtisadi inkişaf səviyyəsi bizi sevindirir. ÜDM-in hər il 36 faiz artması çox yaxşı göstəricidir. Mən bu ilin birinci yarısında Azərbaycanın iqtisadi inkişafının yekunlarını diqqətlə öyrənmişəm. Bu, gələcəkdə ölkəmizə investisiyalar cəlb edilməsi üçün yaxşı imkanlar yaradır. Tacikistanda layihələrin həyata keçirilməsi perspektivləri barədə sual verdilər. Hörmətli İlham Heydər oğlu ilə biz elə indicə razılaşdıq ki, sabah bizim tapşırıqlar üzrə konkret sazişlər imzalansın. Bizim razılaşmalar yaxın 5 ildə əmtəə dövriyyəsinin həcmini artıraraq, təxminən 500 milyon dollara çatdırmağa imkan verir. Əlvan metallurgiyanın inkişafı sahəsində sirr deyildir ki, Gəncə gil-torpaq kombinatından Tacikistana, Tacik Alüminium Şirkətinə hər il 300 min tondan çox gil-torpaq göndərilir. Perspektivdə biz gil-torpaqdan əlavə Tacikistan iqtisadiyyatının ehtiyacı olan başqa malları da idxal edəcəyik. Tacikistandan Azərbaycana alüminium istehsalı üçün 50 min tondan çox komponent göndəriləcəkdir.

Neft-qaz sənayesi üzrə bizim xahişimizlə yaxın vaxtlarda sizin mütəxəssislərin bizə gəlməsi barədə tapşırıq verilmişdir. Hələ keçmiş Sovet İttifaqı dövründə dərin neft və qaz yataqlarında geoloji kəşfiyyat işləri aparılmışdır. Azərbaycanlı mütəxəssislərin təcrübəsi barədə İlham Heydər oğlunun indicə dedikləri bizim üçün, bu məhsula kəskin ehtiyacı olan bir ölkə üçün həmin sahənin inkişaf perspektivlərini öyrənmək baxımından yaxşı imkanlar yaradacaqdır.

Siyasi əlaqələrin bizə nə verməsi məsələsinə gəldikdə isə, qeyd etmək istəyirəm ki, qısa müddətdə iki rəsmi səfər baş tutmuşdur. Bu, mənim suveren dövlətin başçısı kimi, bir vətəndaş kimi, Azərbaycana ilk rəsmi səfərimdir. Bu, mənim çoxdankı arzum idi. Mən biz taciklərə çox yaxın olan bu qədim xalqın tarixi və mədəniyyəti barədə çox oxumuşam. Nizamini təkcə Azərbaycanda deyil, Tacikistanda da sevirlər, bəlkə də Azərbaycandakından daha çox sevirlər. Bu, bizim mədəniyyətlərimizin, ənənələrimizin, adətlərimizin yaxınlığıdır. Ölkələrimiz arasında məsafə də çox böyük deyil, təyyarə ilə iki saatlıq yoldur. Müasir dünyada məsafələrin heç bir rolu yoxdur.

Əlaqələrə gəldikdə, biz dəfələrlə görüşmüşük. Mən İlham Heydər oğluna böyük hörmət bəsləyirəm. Nə üçün? Rəhmətlik Heydər Əliyevlə bizim yaxşı münasibətlərimiz var idi. Axı, Heydər Əlirza oğlu Siyasi Büronun üzvü olduğu dövrdə Tacikistanın hidroenergetikasının inkişafı üçün çox iş görmüş, Tacikistan Respublikasının inkişafına çox kömək etmişdir. Mənim fikrimcə, indi biz ölkələrimiz və xalqlarımız arasında bu səmimi dostluq münasibətlərini bərpa edəcəyik. Bizim heç bir siyasi problem və ya siyasi ambisiyalarımız yoxdur. Biz insanların, əmtəələrin, xidmətlərin, kapitalın sərbəst hərəkəti üçün şərait yaratmalıyıq. Əgər bizə investisiyalar hansısa uzaq bir dövlətdən deyil, Azərbaycandan daxil olsa, bunun nəyi pisdir? Üstəlik, bizim ümumi cəhətlərimiz çoxdur. Bu, müzakirələr, məsləhətləşmələr aparmaq, qlobal və regional məsələlər və problemlər barədə öz milli mənafelərimizə uyğun olaraq bir-birimizi məlumatlandırmaq üçün imkan verir. Problemlər isə çoxdur - ekstremizmə, beynəlxalq terrorizmə, transmilli mütəşəkkil cinayətkarlığa, narkotrafikə qarşı mübarizə - bütün bunlar hamını - böyük və kiçik, qonşu və ya uzaq ölkələri narahat edən qlobal problemlərdir.

Beynəlxalq münasibətlər barədə biz hər birimizi maraqlandıran, narahat edən məsələlərə dair beynəlxalq təşkilatlar və forumlar çərçivəsində məsləhətləşəcəyik. Bir-birimizin təşəbbüslərini dəstəkləyəcəyik. Bunu nə üçün də etməyək? Azərbaycan Tacikistanın 1993-cü ilin İçməli Su İli elan edilməsi barədə təşəbbüsünü, sonra isə Həyat Üçün Su Dekadası barədə təşəbbüsünü Birləşmiş Millətlər Təşkilatında dəstəklədi. Məgər bu pisdir?

Mənim fikrimcə, bu səfər bütün istiqamətlərdə ikitərəfli əməkdaşlığın inkişafına güclü təkan verəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb