RƏSMİ XRONİKA
Tacikistan Respublikasının Prezidenti Emomali Rəhmondan
Hörmətli İlham Heydər oğlu!
Həyatınızın şanlı tarixi - 50 illik yubileyiniz münasibətilə ürəkdən gələn ən səmimi təbriklərimi qəbul edin.
Bu çox gözəl gündə xüsusi qeyd etmək istərdim ki, Sizin həyat yolunuz, Azərbaycan xalqının səadəti naminə fəal və fədakar əməyiniz ölkəyə hədsiz vicdanla xidmətin parlaq nümunəsidir.
Əminəm ki, Tacikistan ilə Azərbaycan arasında bir çox cəhətdən Sizin fəal mövqeyinizlə təşəkkül tapmış dostluğa və etimada söykənən qarşılıqlı münasibətlər bundan sonra da xalqlarımızın bir-birinə qarşılıqlı hörməti ruhunda inkişaf edəcəkdir.
Əziz İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə firavanlıq və çiçəklənmə arzulayıram.
Səmimiyyətlə,
Emomali Rəhmon
Tacikistan Respublikasının Prezidenti