TACİKİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB EMOMƏLİ RƏHMONOVA
Tacikistan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ötən illər ərzində dost Tacikistan öz müstəqilliyini qoruyub saxlamış və möhkəmləndirmiş, sosial-iqtisadi tərəqqi, dünya birliyinə inteqrasiya yolu ilə irəliləmişdir.
Ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri də yeni müstəvidə inkişaf etməkdədir. Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızı genişləndirmək üçün bundan sonra da ardıcıl səylər göstərəcəyik.
Hörmətli cənab Prezident, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tacikistan xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 avqust 2004-cü il.