“Tamahlar”ın ardınca “Xanım və Xuliqan”...
Bakı, 24 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı kollektivi fevralın 20-də iki səhnə əsəri ilə baletsevərlərin görüşünə gələcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə sənət ocağının səhnəsində Sergey Prokofyevin “Tamahlar” birpərdəli baleti təqdim olunacaq. Baletin quruluşçu baletmeysteri fransalı xoreoqraf Allen Amberdir.
Səhnə əsərində aparıcı solistlər Gülağası Mirzəyev, Makar Ferştadnt, Nigar İbrahimova, Elmira Süleymanova, Ayan Eyvazova, Timur Oduşev, Faiq Qubadov, Leyla Narimanidze və Dilarə Mehdiyeva iştirak edəcəklər.
Bundan başqa, həmin gün teatrın səhnəsində Dmitri Şostakoviçin “Xanım və Xuliqan” birpərdəli baleti izləniləcək. Quruluşçu baletmeysteri Sergey Moxnaçev olan baletdə Xanım obrazını Cəmilə Kərimova, Xuliqanı isə Anar Mikayilov canlandıracaq.
Xronometrajları 35 dəqiqə olan hər iki səhnə əsəri Xalq artisti Yalçın Adıgözəlov tərəfindən idarə ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]