TANZANİYA BİRLƏŞMİŞ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB CAKAYYA KİKVETEYƏ
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Birlik günü münasibətilə Sizi və bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Ümidvar olduğumu bildirirəm ki, Azərbaycan-Tanzaniya əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq daim genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 11 aprel 2006-cı il.