“TARZƏN RAMİZ QULİYEV” FİLMİNİN İSTEHSALI BAŞA ÇATMIŞDIR
AZƏRTAC “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, «Azərbaycantelefilm» Yaradıcılıq Birliyində «Tarzən Ramiz Quliyev» adlı sənədli filmin istehsalı başa çatmışdır.
Rübabə Səməndərin ssenarisi əsasında rejissor Şahəddin Eyvazovun quruluşunda lentə alınan ekran əsəri görkəmli tarzən, professor, xalq artisti Ramiz Quliyevin həyat və yaradıcılığına həsr olunmuşdur. Filmdə Ramiz Quliyev tarzən, pedaqoq və vətəndaş kimi təqdim edilir, həmçinin Azərbaycan tarı barədə geniş məlumat verilir. Ramiz Quliyevin xidmətləri - tarımızı dünyada tanıtması, bir sıra xarici dövlətlərin xalq çalğı alətləri və simfonik orkestrləri ilə birgə çıxışı filmin əsas leytmotivini təşkil edir.
Dünya şöhrətli şəxsiyyətlərin, o cümlədən ümummilli lider Heydər Əliyevin Ramiz Quliyev yaradıcılığına verdiyi yüksək qiymət, sənətkarın oğlu tarzən və dirijor Əyyub Quliyevin atası barədə fikirləri də filmdə öz əksini tapmışdır.
Filmin operatoru Mətləb Yaqubovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]