Tatarıstanın başçısı Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini ilə görüşüb
Moskva, 17 fevral, AZƏRTAC
Rusiyanın Tatarıstan Respublikasının başçısı (rəisi) Rüstəm Minnixanov Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Tatarıstan Respublikası başçısının mətbuat xidməti məlumat yayıb.
Tərəflər bir sıra istiqamətlərdə işgüzar əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva