TAXIL ƏKİNİ ÜÇÜN FERMERLƏRƏ ÖDƏNİLƏN VƏSAİTİN ARTMASI BOL MƏHSUL ÜÇÜN ZƏMİN YARADIR
Samux, 18 fevral (AZƏRTAC). Keçən il respublikanın qərb bölgəsində 44 min hektar əraziyə əkilən taxıl üçün dövlət tərəfindən fermerlərə 3 milyon 692 min 735 manat vəsait verilmişdir.
Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Ziyad Abbasov bildirmişdir ki, 2008-ci ildə 31 min 591 nəfər torpaq mülkiyyətçisi taxıl əkininə görə vəsait almışdır. Halbuki 2007-ci ildə 37 min hektar sahəyə əkilmiş taxıla görə 20 min 889 nəfərə 2 milyon 842 min 426 manat pul verilmişdir.
Ziyad Abbasovun dediyinə görə, keçən il qərb bölgəsində ən çox vəsait Goranboy rayonunun təsərrüfatlarına ödənilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]