Tədiyə balansının ümumi qalığı 1 milyard 572,4 milyon dollar olub
Bakı, 10 iyun, AZƏRTAC
Cari ilin birinci rübündə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft ixracının əhəmiyyətli artımından təsirlənib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, bu müddətdə tədiyə balansının ümumi qalığı 1 milyard 572,4 milyon ABŞ dolları təşkil edib. Cari əməliyyatlar balansında 4 milyard dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 1,2 milyard dollar kəsir yaranıb, ehtiyat aktivləri 1,6 milyard dollar artıb. Bu dövrdə xam neftin orta qiyməti 87 dollar/barel olub, qeyri-neft ixracı isə 54,7 faiz artaraq 708 milyon dollar səviyyəsində formalaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]