Təfsirşünaslığa dəyərli töhfə
Bakı, 16 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə Şahlar Şərifovun “Məhəmmədhəsən Mövlazadə Şəkəvi və onun “Kitabül-bəyan fit-təfsiril Quran” əsəri “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, monoqrafiyada görkəmli Azərbaycan alimi Məhəmmədhəsən Mövlazadə Şəkəvinin yaradıcılığı və qeyd olunan əsəri araşdırılıb.
Monoqrafiya “Giriş”, “Şeyxülislam Məhəmmədhəsən Mövlazadə Şəkəvinin mühiti, həyatı və fəaliyyəti”, onun “Kitabül-bəyan fit-təfsiril Quran” əsərinin təsfir elmində yeri” adlı iki fəsildən ibarətdir. Kitabın baş elmi məsləhətçisi professor Şeyxülislam Hacı Allahşükür Paşazadə, elmi redaktoru isə professor Kamandar Şərifovdur.
Qeyd edək ki, Məhəmmədhəsən Şəkəvinin “Kitabül-bəyan fit-təfsiril Quran” əsəri də indiyədək araşdırılmayıb. Bu mənada monoqrafiyanı Şəkəvinin elmi irsinin öyrənilməsində ilk təşəbbüs kimi qiymətləndirmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]
Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub
- 11.06.2026 [16:30]
Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb
- 11.06.2026 [16:23]