Təhlükəli tullantıların yığılma riski yüksək olan 28 ölkə müəyyən edilib
Madrid, 2 aprel, AZƏRTAC
Dünyada hər il 7-10 milyard ton tullantı istehsal olunur.
AZƏRTAC xəbər verir ki, BMT-nin Ətraf Mühit Proqramının məlumatına görə, 500 milyon tonadək tullantı çox tez alışan və ya bioloji təhlükə törətdiyi üçün toksikliyinə görə təhlükəli tullantılar kateqoriyasına aid edilir. Son üç onillikdə təhlükəli tullantıların ticarəti 500 faiz artıb və bu, həm imkanlar, həm də risklər yaradır.
Kuba-İspan alimi Ernesto Estradanın rəhbərlik etdiyi beynəlxalq qrup tullantıların yığılma riski yüksək olan 28 ölkəni müəyyən edib. Meksika, Çin, Mozambik və Hindistan da daxil olmaqla, bu ölkələrin vətəndaşlarının sağlamlığı üçün təhlükə yaradır. Hər bir ölkənin riski qəbul etdiyi tullantıların miqdarından, eləcə də onu təkrar emal etmək qabiliyyətindən asılıdır. Ölkə bu növ tullantıları emal etmək və saxlamaq üçün maksimum imkanlarına çatdıqda həddindən artıq yüklənir.
Alimlərin araşdırmasına görə, daha çox inkişaf etmiş ölkələr Afrika və Cənubi Asiya ölkələri kimi istehsal güclərinin aşağı olması səbəbindən daha az inkişaf etmiş ölkələri zibil poliqonu kimi istifadə edəcəklər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid