Azərbaycan Dövlət İnformasiya Agentliyi

TƏHSİL NAZİRİ MİSİR MƏRDANOVUN ÇIXIŞI

- Hörmətli tədbir iştirakçıları!

Xanımlar və cənablar!

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə bərqərar olmuş siyasi sabitlik və yüksək iqtisadi inkişaf sürəti bütün sahələrdəki kimi, təhsil sahəsində də ciddi irəliləyişlərə səbəb olmuşdur.

2005-ci ildə təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili sahəsində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmiş, təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş inkişaf proqramları üzrə işlər aparılmışdır.

Ölkə rəhbərliyinin və şəxsən möhtərəm Prezidentimiz İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində 2005-ci ildə müxtəlif mənbələr hesabına ümumilikdə 49 min 732 yerlik 328 yeni məktəb və əlavə korpuslar, o cümlədən 36016 şagird yerlik 194 yeni məktəb, 134 məktəbdə 13 min 716 yerlik əlavə korpuslar inşa edilmişdir. İstifadəyə verilmiş 194 yeni məktəbdən 3 min 836 şagird yerlik 20 məktəb Dövlət proqramına əsasən, 10 min 120 yerlik 42 məktəb ayrı-ayrı nazirliklər, beynəlxalq və yerli təşkilatlar, bələdiyyələr, iş adamları tərəfindən tikilmişdir. Yeni məktəblərdən 22060 yerlik 132 məktəb, yəni məktəblərin 70 faizi bilavasitə Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmişdir. Bu, təhsil tariximizdə analoqu olmayan bir hadisədir və bütün ictimaiyyət, o cümlədən təhsil işçiləri tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Mən bir məsələni xüsusi qeyd etmək istəyirəm. Keçən ilin iyununda buraya toplaşıb bu proqramı elan edəndə, sözün düzü, qısa müddət ərzində bu qədər işin görüləcəyinə məndə inam az idi. Çünki, nəzərə alsaq ki, bu məktəblərin əksəriyyəti dağlıq yerlərdə tikilirdi, yağış yağanda, havalar pis olanda oralara getmək belə çətin olur. Bir neçə ayda bu qədər işin görülməsi Azərbaycan tarixində həmişə yadda qalacaqdır.

Şübhəsiz ki, ölkəmizdə məktəb tikintisinin belə geniş vüsət almasında Heydər Əliyev Fondunun xüsusi rolu vardır. Məhz Fond tərəfindən hazırlanmış “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı öz coğrafiyasına görə bütün ölkəni əhatə etmişdir. Ən əhəmiyyətlisi isə budur ki, on illərlə təmir edilməmiş, tam yararsız və qəza vəziyyətində olan, təlim-tərbiyə üçün heç bir şəraiti olmayan məktəblərin yerində müasir standartlara uyğun yeni binalar tikilmiş, keyfiyyətli avadanlıqla təmin edilmiş və şagirdlərin istifadəsinə verilmişdir.

Proqrama əsasən Naxçıvan MR-də 6, Quba rayonunda 14, Yardımlı rayonunda 6, Ağcabədi rayonunda 5, Cəlilabad, Şəmkir, Şamaxı, Qusar, Oğuz rayonlarının hər birində 4, Goranboy, Xaçmaz, Şəki, Tovuz, Ağstafa, İsmayıllı, Kürdəmir, Xanlar, Dəvəçi, Samux, Biləsuvar, Bərdə, Siyəzən, Astara rayonlarının hər birində 3, Qəbələ, Qazax, Sabirabad, Hacıqabul, Beyləqan, Tərtər, Lənkəran, İmişli, Yevlax, Salyan, Masallı, Ağsu, Lerik, Qobustan rayonlarının hər birində 2, Gədəbəy, Neftçala, Saatlı, Daşkəsən, Göyçay, Ağdaş, Zərdab, Zaqatala, Qax, Balakən, Ucar rayonlarının hərəsində 1 məktəb üçün yeni binalar inşa edilmişdir.

Eyni zamanda, 2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda Şahtaxtı kənd məktəbi əsaslı təmir edilmiş, Sabunçu rayonundakı 112 nömrəli məktəb üçün 350 yerlik əlavə korpus tikilmişdir.

Xüsusi vurğulamaq lazımdır ki, məktəblərin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi sahəsində həyata keçirilən tədbirlər, xüsusilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binalarının inşası ölkəmizdə yoxsulluğun azaldılmasına və iqtisadi inkişafa da müsbət təsir göstərmiş, ölkənin müxtəlif regionlarında kasıb ailələrdən olan uşaqlar üçün bərabər təhsil imkanlarının yaradılmasına səbəb olmuşdur.

Heydər Əliyev Fondu tərəfindən xüsusi qayğıya ehtiyacı olan, kimsəsiz, valideyn himayəsindən məhrum, müəyyən mənada cəmiyyətin diqqətindən kənarda qalan uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində də məqsədyönlü işlər görülmüşdür.

Belə ki, 2004-2005-ci illərdə Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı 23 müəssisədə (3 xüsusi məktəb, 16 xüsusi və ümumtəhsil internat məktəbi, 4 uşaq evi) müasir standartlara uyğun əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılmışdır. Həmin müəssisələr avadanlıqla təmin edilmiş, burada tərbiyə və təhsil alan 6759 uşaq yüksək diqqət və qayğı ilə əhatə olunmuş, onlar üçün bərabər imkanlar yaradılmışdır.

Fond tərəfindən hazırlanmış “Uşaq evləri və internat məktəblərinin inkişaf proqramı”nın birinci mərhələsi başa çatmış, ikinci mərhələ üzrə işlər davam etdirilir. Bu mərhələdə respublikanın bölgələrindəki uşaq evləri və internat məktəblərində müvafiq işlər görüləcəkdir.

Heydər Əliyev Fondu Azərbaycan təhsili üçün yeni olan inklüziv layihələrin həyata keçirilməsinə də yaxından kömək edir. İnklüziv təhsil zamanı xüsusi qayğıya ehtiyacı olan uşaqlar kütləvi məktəblərdə və uşaq bağçalarında sağlam uşaqlarla birlikdə təhsil alırlar. Təhsilin belə bir formada təşkili xüsusi qayğıya ehtiyacı olan - əqli və ya fiziki cəhətdən qüsurlu uşaqları cəmiyyətdən və yaşıdlarından təcrid olunmaqdan xilas edir, onların adi həyata inteqrasiyasına, inkişafına və hüquqlarının təmin olunmasına kömək edir. Sağlam uşaqlarda isə bu qəbil həmyaşıdlarına qarşı mərhəmət, qayğı hisslərinin formalaşmasına səbəb olur. Bu səbəbdən Azərbaycan təhsil sistemində də inklüziv təhsilin təşkili üzrə pilot layihələrinin həyata keçirilməsinə başlanmışdır.

Hazırda beynəlxalq təşkilatlarla birlikdə 3 inklüziv təhsil layihəsi həyata keçirilir. Bu layihələr çərçivəsində ümumilikdə 30-dək təhsil müəssisəsində xüsusi qayğıya ehtiyacı olan 100-dən artıq məktəbəqədər və məktəbyaşlı uşaq sağlam həmyaşıdları ilə birlikdə inklüziv təhsilə cəlb edilmişdir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səyləri nəticəsində son zamanlar Təhsil Nazirliyinin YUNESKO ilə əməkdaşlığı xeyli genişlənmişdir. Məhz Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan təhsilinin inkişafına həsr olunmuş iki konfransdan birincisi Parisdə, ikincisi isə YUNESKO-nun baş direktorunun iştirakı ilə Azərbaycanda təşkil edilmiş, YUNESKO və Təhsil Nazirliyi arasında memorandum imzalanmışdır. Memorandumda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə əlaqədar YUNESKO-nun nümayəndə heyəti 2005-ci il dekabrın 13-17-də Azərbaycanda səfərdə olmuş, texniki peşə təhsili, müəllim hazırlığı və ixtisasartırma təhsilinin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün fəaliyyət planı tərtib edilmişdir.

Ölkə Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, 2006-cı ildə də məktəb tikintisi sahəsində ciddi işlər görüləcəkdir. Belə ki, məktəb tikintisi sahəsində dövlət proqramlarına, Heydər Əliyev Fondunun və Səudiyyə İnkişaf Fondunun layihələrinə əsasən 91 min 572 yerlik 230 yeni məktəbin və əlavə korpusun (163+67) inşasına başlanacaq, onlardan 44 min 438 yerlik 167 yeni məktəb və əlavə korpus (118+49) təhvil veriləcəkdir. 69 məktəbin əsaslı təmirinə başlanacaq, cari ildə 59 məktəb əsaslı təmir ediləcəkdir. Əvvəlki illərdən fərqli olaraq 2006-cı ildə Təhsil Nazirliyinin xətti ilə əsaslı təmir işləri aparılacaqdır. Plana əsasən, ölkənin 32 regionunda 46 təhsil müəssisəsi, o cümlədən 44 məktəb və 2 uşaq bağçası əsaslı təmir ediləcəkdir.

Heydər Əliyev Fondu tərəfindən cari ildə də məktəb tikintisi və təmiri üzrə xüsusi proqram hazırlanmışdır. Proqrama ölkənin qəza vəziyyətində olan ümumtəhsil məktəbləri üçün yeni binaların inşası, bir sıra məktəblərin yanında əlavə korpusların tikintisi, bəzi məktəblərin əsaslı təmiri daxil edilmişdir. Proqramda 2006-cı ildə 16 min 277 yerlik 78 yeni məktəb binasının, 12 məktəbin yanında 2460 yerlik əlavə korpusların inşası, 12 məktəbin əsaslı təmiri nəzərdə tutulmuşdur. Bu proqram da ölkənin bütün regionlarını əhatə etmişdir. Nəzərdə tutulur ki, Naxçıvan MR-də 4, Şəki rayonunda 3, Salyan, Biləsuvar, Yardımlı, Masallı, Daşkəsən, Quba, Qobustan, Qusar, Xızı, İsmayıllı, Şamaxı, Qazax, Tərtər, Goranboy, Tovuz, Oğuz, Zərdab, Göyçay, Ağsu, Ağstafa, Qax, Abşeron rayonlarının hər birində 2, Yevlax, Bərdə, Beyləqan, İmişli, Sabirabad, Saatlı, Hacıqabul, Neftçala, Ağcabədi, Kürdəmir, Ağdaş, Astara, Cəlilabad, Lerik, Lənkəran, Xanlar, Samux, Xaçmaz, Dəvəçi, Siyəzən, Gədəbəy, Ucar, Şəmkir, Zaqatala, Balakən, Qəbələ rayonlarının hərəsində və Bakı şəhərinin Əzizbəyov rayonunda bir məktəb binası inşa ediləcəkdir.

Eyni zamanda, proqram çərçivəsində Abşeron rayonunda, Bakı şəhərinin Binəqədi, Sabunçu, Əzizbəyov, Suraxanı və Qaradağ rayonlarında ümumilikdə 12 məktəbin yanında əlavə korpuslar inşa olunacaq və 12 məktəb əsaslı təmir ediləcəkdir.

Bütün bunlar Heydər Əliyev Fondunun təhsilin inkişafı sahəsində həyata keçirdiyi tədbirlərin yalnız bir hissəsidir. Fond tərəfindən milli bayramlar, əlamətdar günlərdə təşkil edilən xeyriyyə tədbirləri, uşaqlar arasında keçirilən müxtəlif müsabiqələr, təhsil müəssisələrinə göstərilən gündəlik qayğı bütün təhsil ictimaiyyətinin yaxşı yadındadır.

Bütün təhsil işçilərinin arzusunu ifadə edərək, Heydər Əliyev Fonduna, Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirir, şərəfli fəaliyyətində yeni-yeni uğurlar diləyirəm.

MEHRİBAN ƏLİYEVA: Çox sağ olun, Misir müəllim, çox ətraflı məlumat verdiniz. Fondun fəaliyyəti barədə çox gözəl sözlər dediniz, təşəkkür edirəm.

Biz “Yeniləşən Azərbaycana yeni məktəb” proqramını həyata keçirərkən həm birinci və inanıram ki, həm də ikinci mərhələdə dövlət qurumları ilə sıx, çox səmərəli əməkdaşlıq qurmuşuq. Hər iki mərhələdə biz məktəblərin layihələrinin hazırlanması zamanı bir sıra dövlət layihə institutları ilə birlikdə çalışmışıq. İndi bu barədə daha geniş məlumat üçün Baş nazirin müavini cənab Abid Şərifova söz verilir. Buyurun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı