Təhsil Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Bakı, 15 may, AZƏRTAC
Mayın 15-də təhsil naziri Ceyhun Bayramov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri xanım İvana Fernandes Duartes və bankın baş iqtisadçısı Sergey Quriyev ilə görüşüb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ceyhun Bayramov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar barədə məlumat verib.
Eyni zamanda, əməkdaşlıq perspektivləri müzakirə olunub.